ABŞ-nin hücumlarından sonra İran Pakistanla TƏCİLİ əlaqəyə keçdi

ABŞ-nin hücumlarından sonra İran Pakistanla TƏCİLİ əlaqəyə keçdi
09.07.2026 21:25 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munirlə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, IRNA agentliyinin məlumatına görə, Əraqçi söhbət zamanı ABŞ-nin son zərbələrini BMT Nizamnaməsinin və Pakistanın vasitəçiliyi ilə əldə olunmuş İslamabad Anlaşma Memorandumunun pozulması kimi qiymətləndirib.

Nazir bildirib ki, ABŞ rəsmilərinin memorandumun şərtlərinə əməl etmədiklərini göstərən açıqlamaları Vaşinqtonun razılaşmanı pozduğunu və müharibə siyasətini davam etdirdiyini nümayiş etdirir.

Əraqçi həmçinin İranın suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaqda qətiyyətli olduğunu vurğulayaraq, ABŞ-nin mümkün yeni hərbi addımlarına qarşı xəbərdarlıq edib.

Məlumata görə, ötən ay Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında 60 günlük müvəqqəti sülh çərçivəsini nəzərdə tutan İslamabad Anlaşma Memorandumu imzalanıb. Sənəd tərəflərə uzunmüddətli razılaşma əldə etmək üçün danışıqlar aparmaq imkanı yaratmağı hədəfləyirdi.

Lakin ABŞ-nin İrana endirdiyi son zərbələr və Tehranın buna cavab olaraq ABŞ müttəfiqlərinə qarşı addımları atəşkəs rejimini yenidən təhlükə altına salıb.

Kübra Musayeva


XƏBƏR LENTİ
09 IYUL 2026
Lavrov Mozambikə Qərbdən “şikayətləndi” 22:35 İranın daha bir şəhərində partlayış səsləri eşidildi - TƏCİLİ 22:14 SON DƏQİQƏ: İranda partlayış səsləri eşidildi - VİDEO 22:09 UEFA Avropa Liqası: "Qarabağ"dan möhtəşəm qələbə - YENİLƏNDİ 20:02 İsrail ABŞ-dən İCAZƏ ALIR - Nə baş verir? 21:41 “28 May” metrosundan istifadə edənlərə VACİB XƏBƏR 21:31 ABŞ-nin hücumlarından sonra İran Pakistanla TƏCİLİ əlaqəyə keçdi 21:22 Sürücülərə XƏBƏRDARLIQ: Bakının əsas yollarından biri bağlanacaq 21:11 Bu ölkələr ABŞ və İranı barışdırmaq üçün plan qurur 21:07 HƏMAS sözçüsünün olduğu avtomobil vuruldu - VİDEO 20:43 Tramp Baydenin ən böyük səhvini təkrarlayır - İDDİA 20:27 Netanyahu xərçəngin müalicəsini tapdı 20:15 Moskvanı sarsıdacaq qərarın tarixi açıqlandı 19:57 “Cəmi 2 ay qaldı” - Çexiya Prezidentindən Rusiya ilə bağlı ÇAĞIRIŞ 19:38 Ermənistan məhkəməsi Karapetyanla bağlı QƏRAR VERDİ 19:19 ABŞ 47 illik qərarını dəyişir 19:04 Netanyahu Argentinanı seçdi, amma Messini yox 18:56 Hörmüz boğazında hərəkət DAYANDI 18:47 Azərbaycan və İtaliya arasında nə baş verir? 18:32 Qazdan istifadə qaydaları DƏYİŞDİRİLDİ 18:27 Xəstəxanalarla bağlı YENİ QƏRAR 18:21 Bəzi dövlət qurumlarında ştat sayı təsdiqləndi 18:17 Bakıda kişi keçmiş arvadını güllələdi - VİDEO 18:10 Artıq bu binalar üçün yeni pasport tələb olunacaq 18:05 Sabah Respublikanın bəzi ərazilərində qaz olmayacaq 18:03 Bütün Xəbərlər