Davin yenə podiumda: Azərbaycanlı pilotdan parlaq çıxış

Davin yenə podiumda: Azərbaycanlı pilotdan parlaq çıxış
16.04.2026 14:05 İdman

Azərbaycanın motorsport üzrə gənc istedadı, 16 yaşlı Davin Cəfərov beynəlxalq arenada növbəti uğuruna imza atıb.

TodayPress TV xəbər verir ki, Formula 4 üzrə keçdiyi iki uğurlu test sessiyasından sonra o, yarış ritmini qorumaq məqsədilə Portuqaliyada KIRO – Karting International West Region trekində keçirilən TAG Livre Portuguese Trophy turnirində iştirak edib.

Yarışda Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan pilotlar mübarizə aparıblar. Güclü külək və arabir yağan yağışa baxmayaraq, Cəfərov yüksək səviyyəli çıxış nümayiş etdirib.

Gənc pilot yaşından daha böyük yetkinlik və yüksək idarəetmə bacarığı sərgiləyərək hər üç yarışı səhvsiz və qəzasız başa vurub. Onun sabit və inamlı performansı yekunda birinciliklə nəticələnib. Beləliklə, Davin Cəfərov yenidən podiumun ən yüksək pilləsinə yüksəlib.

Cəfərov yalnız trekdə deyil, trekdən kənarda da diqqət mərkəzində olub. Onun artıq tanınan “44 qələbə jesti” bu dəfə də pilotların və komanda üzvlərinin marağına səbəb olub. Gənc idmançı bildirib ki, bu jest Azərbaycanın 44 günlük Zəfərinə həsr olunub və dözümlülük, qətiyyət və milli qürurun rəmzidir.

Qeyd edək ki, Formula 1-ə yüksəlməyi hədəfləyən azərbaycanlı pilot inkişaf yolunda irəliləməkdə davam edir. Bununla belə, sponsorluq məsələlərinin tam həll olunmaması səbəbindən onun cari ildə “Formula-4” üzrə rəsmi debütü hələ də qeyri-müəyyən olaraq qalır.

Namiq HUN

TodayPress TV

PHOTOS

Davin yenə podiumda: Azərbaycanlı pilotdan parlaq çıxış — 1
Davin yenə podiumda: Azərbaycanlı pilotdan parlaq çıxış — 2
Davin yenə podiumda: Azərbaycanlı pilotdan parlaq çıxış — 3
Davin yenə podiumda: Azərbaycanlı pilotdan parlaq çıxış — 4
Davin yenə podiumda: Azərbaycanlı pilotdan parlaq çıxış — 5
Davin yenə podiumda: Azərbaycanlı pilotdan parlaq çıxış — 6
Davin yenə podiumda: Azərbaycanlı pilotdan parlaq çıxış — 7
Davin yenə podiumda: Azərbaycanlı pilotdan parlaq çıxış — 8
Davin yenə podiumda: Azərbaycanlı pilotdan parlaq çıxış — 9
NEWS FEED
30 JULY 2026
Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 All News