Cüdoçularımız Avropa çempionatında 5 medal qazandılar

Cüdoçularımız Avropa çempionatında 5 medal qazandılar
29.06.2026 21:49 İdman

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ilk yarış günü millimiz üçün uğurlu alınıb.

TodayPress TV xəbər verir ki, yığma günü 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuraraq 43 ölkə arasında komanda hesabında ilk pillədə qərarlaşıb.

Zəhra Quliyeva (-40 kq) finalda Macarıstan təmsilçisi Nora Pirbus-Qrofu tam üstünlüklə məğlub edərək Avropa çempionu olub.

Oğlanların -50 kq çəki dərəcəsində isə Azərbaycan finalı baş tutub. Nihad Ağayev həlledici görüşdə komanda yoldaşı Fərid Rzazadəyə qalib gələrək qızıl medal qazanıb. Fərid Rzazadə isə qitə birinciliyinin gümüş mükafatına yiyələnib.

İbrahim Talıbov (-55 kq) bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Vitali Lixohlyada qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Günün son medalını Könül Eyvazlı (-48 kq) qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada italiyalı Aurora Montalbanodan üstün olaraq Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, yarış iyulun 2-dək davam edəcək. Azərbaycan millisi növbəti yarış günlərində müxtəlif çəki dərəcələrində və qarışıq komanda yarışında mübarizəsini davam etdirəcək.

TodayPress TV

NEWS FEED
14 AUGUST 2026
Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz? 00:35 Çində meşələr böyüdü, su ehtiyatları azaldı - Araşdırmanın ilginc nəticəsi 00:30 Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi 22:37 MARAQLI KƏŞF: Həyat Yer üzündə iki dəfə yaranıb? 00:52 Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 Fransada yanğınsöndürənlər ayağa qalxır – Ümummilli səfərbərlik elan olundu 21:56 All News