Bir dövr başa çatdı: Bred Hant karyerasını bitirdi
Sabiq NHL müdafiəçisi Bred Hant karyerasını başa vurub.
TodayPress TV xəbər verir ki, NHL klublarında çıxış etmiş kanadalı müdafiəçi Bred Hant 37 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Təcrübəli hokkeyçi qərarını sosial şəbəkədə paylaşdığı mesajla elan edib.
“Hokkey həmişə həyatımın böyük bir hissəsi olub. Uşaqlıqdan NHL-də oynamağı arzulayırdım və bu arzum gerçəkləşdi. Qarşıma çıxan hər fürsətə və bu yolda mənə dəstək olan hər kəsə sonsuz minnətdaram. Çıxış etdiyim bütün komandalara, komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür edirəm”, – deyə Hant bildirib.
Bred Hant karyerasının son mövsümünü Finlandiyanın “Sport” klubunda keçirib. O, ölkə çempionatında 53 oyunda meydana çıxaraq 7 qol və 18 məhsuldar ötürmə ilə ümumilikdə 25 xal toplayıb. Müdafiəçinin faydalılıq göstəricisi isə -36 olub.
Hant NHL-də müntəzəm mövsümlərdə “Edmonton Oylerz”, “Sent-Luis Blyuz”, “Neşvill Predators”, “Veqas Qolden Nayts”, “Minnesota Vayld”, “Vankuver Kanaks” və “Kolorado Evelanş”ın heyətində ümumilikdə 288 oyuna çıxıb. O, bu qarşılaşmalarda 26 qol vurub, 60 məhsuldar ötürmə edib və ümumilikdə 86 xal qazanıb.
Namiq HUN