“Barselona” geri çəkilmir: Rodri üçün üçüncü təklif hazırlanır!
“Barselona” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferi ilə bağlı üçüncü təklifini hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, “Mançester Siti” Kataloniya təmsilçisinin ilk iki təklifini – müvafiq olaraq 50 və 60 milyon avronu rədd edib. Buna baxmayaraq, klublar arasında birbaşa danışıqlar davam etdiriləcək.
Məlumata görə, İngiltərə klubu 30 yaşlı futbolçunun transferindən ən azı 80 milyon avro əldə etmək istəyir.
Qeyd edək ki, Rodri 2025/2026-cı illər mövsümündə İngiltərə çempionatında 21 oyunda iştirak edib və bir qol vurub. O, həmçinin UEFA Çempionlar Liqasında 5 matç keçirib, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıb.
Namiq HUN