Avropa çempionatında iki karateçimiz medal görüşünə çıxacaq

Avropa çempionatında iki karateçimiz medal görüşünə çıxacaq
21.05.2026 10:50 İdman

Almaniyada karate üzrə Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, Frankfurt şəhərində keçirilən yarışın ilk günündə Azərbaycanın iki qadın karateçisi bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Avropa çempionu Irina Zaretska (68 kq) yarımfinal mərhələsini keçə bilməyib. Təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Era Kocanı məğlub edən idmançımız bürünc medal uğrunda ispan Mariya Nieto ilə qarşılaşacaq.

Digər karateçimiz Gülay Orucova (61 kq) yarımfinalda rusiyalı Altana Basanqovaya uduzub. Buna baxmayaraq, o, Bosniya və Herseqovina təmsilçisi Emina Sipoviçlə üçüncülük uğrunda döyüşəcək.

Hər iki karateçimiz şənbə günü bürünc medal görüşünə çıxacaq.

Bu gün kata üzrə kişi komandamız, həmçinin kumite yarışlarında karateçilərimiz mübarizə aparacaq. Kumitedə qadın komandamız Şotlandiya, kişi komandamız isə İspaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 23 karateçi ilə təmsil olunur. 50 ölkədən 500-ə yaxın idmançının qatıldığı turnir mayın 24-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 All News