AGF TROPHY 2026: gimnastlarımızdan uğurlu nəticələr

AGF TROPHY 2026: gimnastlarımızdan uğurlu nəticələr
05.04.2026 19:20 İdman

3–5 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə AGF TROPHY 2026 beynəlxalq turniri keçirilib. Üç gün davam edən yarışda 15 ölkədən gimnastlar iştirak ediblər.

TodayPress TV xəbər verir ki, Azərbaycanı bu mötəbər turnirdə Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli təmsil ediblər.

Turnirin ilk günündə gənclər və böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlar fərdi proqramda top və halqa ilə, qrup hərəkətləri proqramında isə 5 top ilə bacarıqlarını nümayiş etdiriblər.

İkinci gün fərdi və qrup hərəkətləri üzrə komanda hesabında çoxnövçülükdə qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Gimnastlarımız Kamilla Seyidzadə və Fidan Qurbanlı komanda hesabında gümüş medal qazanaraq uğurlu çıxışları ilə seçiliblər.

Yarışın son günündə də gimnastlarımız yüksək nəticələrlə yadda qalıblar. Gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva top ilə fərdi proqramda gümüş, lent ilə proqramda isə qızıl medal əldə edib. Böyüklər arasında Gövhər İbrahimova halqa və lent ilə proqramda bürünc, Fidan Qurbanlı isə top ilə proqramda gümüş medal qazanıb.

Qeyd edək ki, turnir çərçivəsində tamaşaçılar üçün müxtəlif interaktiv müsabiqələr də təşkil olunub. Müsabiqə qalibləri 17–19 aprel tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya kubokuna bilet qazanıblar.

TodayPress TV 

PHOTOS

AGF TROPHY 2026: gimnastlarımızdan uğurlu nəticələr — 1
AGF TROPHY 2026: gimnastlarımızdan uğurlu nəticələr — 2
AGF TROPHY 2026: gimnastlarımızdan uğurlu nəticələr — 3
AGF TROPHY 2026: gimnastlarımızdan uğurlu nəticələr — 4
AGF TROPHY 2026: gimnastlarımızdan uğurlu nəticələr — 5
AGF TROPHY 2026: gimnastlarımızdan uğurlu nəticələr — 6
NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News