Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirildi

Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirildi
14.08.2025 17:14 Hərbi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO-nun Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Bakıda "NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya" (STRATCOM) mövzusunda kurs keçirilib. 

TodayPress TV xəbər verir ki, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində keçirilən kursda Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin bir qrup şəxsi heyəti ilə yanaşı digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası ilə bağlı təqdimat verilib.

Kurs müddətində iştirakçılar müxtəlif mövzularda təqdimatları dinləyib, qarşılıqlı müzakirələr aparılaraq suallar cavablandırılıb, eləcə də Nazirliyin nəşriyyat, multimedia və redaksiya fəaliyyəti ilə tanış olublar.

Kursun keçirilməsində əsas məqsəd dinləyicilərə strateji kommunikasiyanın rolunu izah etmək, informasiya əməliyyatlarında koordinasiyanı artırmaq, əməliyyat mühitində iştirakçı tərəflərin kommunikasiya planı qurma və tətbiqi bacarıqlarını inkişaf etdirmək, müttəfiq ölkələr, eləcə də qurumlar arasında vahid yanaşma prinsipini göstərmək və silahlı münaqişələr zamanı informasiya mübarizəsində hazırlığı artırmaqdan ibarətdir.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

FOTOLAR

Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirildi — 1
Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirildi — 2
Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirildi — 3
Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirildi — 4
Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirildi — 5
Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirildi — 6
Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirildi — 7
Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirildi — 8
Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirildi — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər