Bakıda “ADEX” altıncı beynəlxalq müdafiə sərgisi keçiriləcək

Bakıda “ADEX” altıncı beynəlxalq müdafiə sərgisi keçiriləcək
13.01.2026 14:20 Hərbi

Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək.

TodayPress TV xəbər verir ki, “ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaq.

“ADEX” sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

“ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Sərginin keçirildiyi ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ADEX”lə tanış olur və tədbirin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır ki, bu da sərginin yüksək statusu və tədbirə olan etimadın göstəricisidir. Təşkil edildiyi illər ərzində “ADEX” sərgisi etibarlı milli brend olmaqla yanaşı, dünyada müdafiə sənayesi sahəsində tanınan aparıcı şirkətlərin sərgi təqvimində öz önəmli yerini tutub.

Sərginin ekspozisiyası bu il də miqyası ilə diqqət çəkəcək. Hazırılıq prosesinin davam etdiyi müddətdə Bakı Ekspo Mərkəzinin demək olar ki, bütün zalları iştirakçılar tərəfindən tutulub. “ADEX” sərgisində müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanın əsas dövlət qurumları öz stendləri ilə təmsil olunaraq, mövcud istehsal və texnoloji potensiallarını, eləcə də yeniliklərini nümayiş etdirəcəklər. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə birgə stendlə təmsil olunur. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sərgidə stendlə iştirak edərək, öz fəaliyyət istiqamətləri və imkanlarını nümayiş etdirəcək. Bu qurumların sərgidə aktiv iştirakı tədbirin əhəmiyyətini vurğulayır və uğurlu keçirilməsinə zəmin yaradır.

Sərginin xarici ölkələrdən qatılan iştirakçıları arasında Türkiyədən “Roketsan”, “Aselsan Elektronik San. ve Tic. A.Ş.”, “Turkish Aerospace Industries” – TAI, İtaliyadan “Leonardo”, Çexiyadan “Excalibur Army SPOL S.R.O”, Birləşmiş Ərəb Əmirliklərindən “Edge Group PJSC”, İspaniyadan “INDRA”, İsraeldən “IAI - Israel Aerospace Industries”, “Plasan” və digər dünyaca tanınmış şirkətlərin adlarını qeyd etmək olar.

Bir sıra ölkələr “ADEX”də milli qruplar şəklində iştirak edəcəklər. Bu ölkələr sırasında Belarus, Çexiya, İsrail, İtaliya, Türkiyə və Slovakiyanı qeyd edə bilərəm. Bir neçə şirkət isə sərgidə fərqli formatda təmsil olunacaqlar. Əvvəlki illərdə olduğu kimi bu il “ADEX”ə yeni ölkələr və şirkətlərin qatılması gözlənilir.

Ənənəvi olaraq, “ADEX” müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. Bu il də sərgidə yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirak etməsi gözlənilir.

Qeyd edilib ki, “ADEX”lə eyni tarixlərdə “Securex Caspian” sərgisi də təşkil ediləcək. Bu sərgidə kiber təhlükəsizlik sektoru diqqət mərkəzində olacaq.

Miqyasına və məzmununa görə “ADEX”, regionda silah və hərbi texnika sahəsində keçirilən ən iri tədbirlərdən biri kimi müdafiə sənayesinin inkişaf səviyyəsini, müasir silah və qabaqcıl texnologiyaların geniş nümayişini əks etdirən effektiv platforma kimi çıxış edir. Burada təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər, C4ISR, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri və digər sektorlar təmsil olunacaq.

Eyni zamanda “ADEX” sərgisi üçün geniş işgüzar proqram hazırlanıb. Tədbirlər çərçivəsində sahə üzrə aktual mövzuları əhatə edən panel müzakirələri və çoxsaylı işgüzar görüşlər keçiriləcək. Azərbaycanın müvafiq qurumlarının nümayəndələri ilə sərgi iştirakçıları, eləcə də beynəlxalq nümayəndə heyətlərinin üzvləri və sərgi iştirakçıları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

“ADEX” yüksək səviyyəli rəsmi nümayəndələrin, beynəlxalq şirkətlərin və sənaye liderlərinin iştirakı ilə keçirilərək, növbəti dəfə müdafiə sahəsində ən son innovasiya və qabaqcıl texnologiyaların sərgiləndiyi mühüm məkana çevriləcək, eyni zamanda hərbi-texniki əməkdaşlıq və strateji tərəfdaşlıqlar üçün geniş imkanlar yaradacaq.

Sərgi bağlı yenilənən məlumatları rəsmi internet saytından (www.adex.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 All News