Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu
15.06.2026 21:14 Hərbi

Azərbaycan Ordusunda 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular ölkə ərazisindəki Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, xalqımızın Ümummilli Liderinin şərəfli həyat yolu və fəaliyyətindən bəhs edən filmləri izləyiblər. Həmçinin onlarla tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş maarifləndirici söhbətlər aparılıb, şəxsi heyət üçün müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.

Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı olub. Qeyd edilib ki, Ulu Öndərin dövlətçilik ideyaları və ölkənin tərəqqisinə yönəlmiş siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirlər zamanı Vətən müharibəsində əldə olunan tarixi Qələbənin, eləcə də Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş antiterror əməliyyatından sonra ərazi bütövlüyünün tam bərpa edilməsinin tarixi əhəmiyyətindən danışılıb.

Sonra xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərmanlarla təltif ediliblər.

Tədbirlərin bədii hissəsində şəxsi heyətə Milli Qurtuluş gününü və vətənpərvərliyi tərənnüm edən rəngarəng konsert proqramları təqdim olunub.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 All News