Azərbaycan kursantları Qazaxıstanda - "Aybın-2026" toplanışı

Azərbaycan kursantları Qazaxıstanda -  "Aybın-2026" toplanışı
26.06.2026 19:00 Hərbi

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərin kursantlarından ibarət komanda Qazaxıstanın Akmola vilayətində keçirilən XII Beynəlxalq "Aybın-2026" Gənclərin Hərbi-Vətənpərvərlik Toplanışında iştirak edir.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışda Azərbaycan komandası ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandaları, həmçinin Qazaxıstanın güc strukturlarının, hərbi təhsil müəssisələrinin və hərbi-vətənpərvərlik klublarının nümayəndələri iştirak edirlər.

Tədbirin əsas mərhələləri plana uyğun olaraq Şokan Ualixanov adına Hərbi Kollecin "Amandık" təlim poliqonunda keçirilir. Toplanış çərçivəsində 53 komandanı təmsil edən 1000-ə yaxın iştirakçı arasında hərbi-taktiki səhra oyunları, intellektual və yaradıcılıq müsabiqələri, eləcə də robototexnika üzrə yarışlar təşkil olunur.

Azərbaycan komandası "Aybın-2026" toplanışında yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirərək Azərbaycanı layiqincə təmsil edir.

TodayPress TV

NEWS FEED
15 AUGUST 2026
Bakıda yük avtomobili aşdı 11:30 Paracüdoçumuz Avropa çempionatında medal qazandı 11:45 Mağazanın tavanı uçdu, qadın dağıntılar altında qaldı - VİDEO 11:21 Zubir “Qarabağ”dan getdi – yeni klubu bəlli oldu 11:13 Rusiyanın əsas raket-kosmik mərkəzinə "Flamingo" hücumu - VİDEO 11:01 Hörmüz boğazında yük gəmisinə hücum edildi 10:36 Azərbaycanda benzin və dizelin qiyməti bahalaşa bilər? 10:25 Küləkli havada dənizə girənlərə XƏBƏRDARLIQ! 10:09 Astarada gənc qız evinin həyətində ölü tapıldı 10:03 Dünya Qadın Seriyasının Azərbaycandakı mərhələsi start götürür 09:54 Dünya bazarında neftin qiyməti yüksəldi 09:45 Premyer Liqada günün oyunları: “Araz-Naxçıvan” və “Sabah” meydana çıxır 09:40 9 ölkə Aİ-nin İrana qarşı sanksiya qərarına qoşuldu - SİYAHI 09:31 DİQQƏT!: Metronun “28 May” və “Nizami” stansiyaları arasında hərəkət dayandırıldı 09:19 İndoneziyada zəlzələdə həlak olanların sayı açıqlanıb 09:12 Tramp benzinin bahalaşmasına görə amerikalılardan üzr istəmədi: "Düzgün iş görmüşəm" 01:28 Etna vulkanı püskürür, turistlər isə tamaşaya gəlir 01:41 Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı 00:42 Çiro İmmobile futbola vida etdi! 01:35 ABŞ lideri Harrisi yenidən namizəd göstərməyi təklif etdi 00:31 Bolqarıstanın F-16 arzusu 2030-a qaldı! 01:04 Tramp NATO-ya qəzəbləndi: "Biz bunu unutmuruq" 00:51 Sumqayıtda zəncirvari QƏZA: Altı avtomobil toqquşdu - VİDEO 01:19 "Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu! 00:56 Üzgüçümüz Süleyman İsmayılzadə Avropada 17-ci oldu! 00:37 All News