Ziyəddin Səfərovun ölüm səbəbinə dair EKSPERTİZA RƏYİ - Qabırğanın biri tapılmayıb

Ziyəddin Səfərovun ölüm səbəbinə dair EKSPERTİZA RƏYİ - Qabırğanın biri tapılmayıb
01.07.2025 11:52 Hadisə

“Rusiya Federasiyası tərəfindən aparılmış ilkin ekspertiza nəticəsində mərhum Səfərov Ziyəddin Mehdi oğlunun ölüm səbəbi “ürək xəstəliyi” olaraq göstərilib”.

TodayPress TV xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov bu gün keçirilən mətbuat konfransında bildirib.

O, xarici ekspertiza zamanı aşkarlanan zədələri sadalayıb:

“Müayinə zamanı hər iki göz almasının konjunktivasında (göz qişasında) peteşial (nöqtəvari) qan sızmaları, sağ alın, təpə və gicgah nahiyələrində subkutan qan sızmaları (hematomalar), boynun sağ və sol yan səthlərində, döş qəfəsinin sol yarısında və sol çiyinüstü nahiyəsində çoxsaylı qançırlar və səthi sıyrıqlar, döş qəfəsinə palpasiya zamanı (əllə toxunma) ağrılı deformasiya, həmçinin zolaqvari sıyrıntılar müşahidə olunmuşdur. Xayaların dərisində qeyri-müntəzəm formalı, qırmızı-mavi rəng çalarlarında hematomalar qeydə alınıb”.

Daxili müayinə zamanı aşağıdakı hallar aşkarlanıb:

“Baş dərisinin daxili səthində (epikranial toxumalarda) qan sızması, döş qəfəsində künt travma və sıxılma əlamətləri, döş qəfəsində iki xətt üzrə çoxsaylı qabırğa sınıqları, sağ tərəfdə, onurğa boyunca yerdəyişmiş qabırğa sınıqları müşahidə olundu. Bəzi qabırğalar yerindən tərpənmiş, bir qabırğa ümumiyyətlə aşkar olunmamışdır (sınıq və ya travma nəticəsində ayrılmış). Qabırğalarda hər iki tərəfli çoxsaylı, bir neçə xətt üzrə yer dəyişmiş sınıqlar, böyrəkətrafı sahədə (perirenal nahiyədə) qan sızmaları, onurğanın döş seqmentində, xüsusilə 7–8-ci fəqərəarası nahiyədə yumşaq toxumalarda hemorragiyalar (qan sızmaları), xaya toxumalarında daxili qan sızmaları müəyyən edilib”.

Ekspert bildirib ki, aparılmış təkrar ekspertiza nəticələrinə əsasən, ölümə səbəb mərhuma yetirilmiş çoxsaylı bədən xəsarətləri fonunda inkişaf etmiş ağır posttravmatik şok olub. Bu faktlar mərhumun kənar təsirlərlə – mexaniki travmalarla – öldüyünü göstərir və “ürək xəstəliyi” səbəbi ilə uyğun gəlmir.  

"Ziyəddin Səfərovun ölümünə səbəb kimi rus həkim xəstəliyi göstərib. Amma bizim daxili müayinədə aşkar etdiyimiz faktlar tam başqa idi. Başın dəri örtüyünün iç səthində, baş beynin sərt və yumşaq qişalarına qan sızmalar, döş qəfəsinin küt travması, sıxılması, döş qəfəsində iki xətt üzrə sınıqlar var idi. Solda ön tərəfdə və sağda arxa tərəfdə bütün qabırğalar hamısı sınıqdır. Hətta qabırğanın birini tapa bilmədik".

Qiymət Mahir

FOTOLAR

Ziyəddin Səfərovun ölüm səbəbinə dair EKSPERTİZA RƏYİ - Qabırğanın biri tapılmayıb — 1
Ziyəddin Səfərovun ölüm səbəbinə dair EKSPERTİZA RƏYİ - Qabırğanın biri tapılmayıb — 2
Ziyəddin Səfərovun ölüm səbəbinə dair EKSPERTİZA RƏYİ - Qabırğanın biri tapılmayıb — 3
Ziyəddin Səfərovun ölüm səbəbinə dair EKSPERTİZA RƏYİ - Qabırğanın biri tapılmayıb — 4
Ziyəddin Səfərovun ölüm səbəbinə dair EKSPERTİZA RƏYİ - Qabırğanın biri tapılmayıb — 5
Ziyəddin Səfərovun ölüm səbəbinə dair EKSPERTİZA RƏYİ - Qabırğanın biri tapılmayıb — 6
XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər