Xocalı soyqırımının şahidi olmuş zərərçəkmişin ifadəsi elan edildi

Xocalı soyqırımının şahidi olmuş zərərçəkmişin ifadəsi elan edildi
24.10.2025 16:03 Hadisə

Bakı Hərbi Məhkəməsində oktyabrın 24-də Ermənistan vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

TodayPress TV xəbər verir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.

Zərərçəkmiş şəxs Vəliyev Fikrət Cavad oğlunun elan olunan ifadəsinə əsasən, 1992-ci il fevralın 25-də gecə saatlarında Ermənistan hərbçiləri Xocalı şəhərində evləri yandırarkən, o, evinə gedib. Orada heç kimin olmadığını görüb və Kətik meşəsi istiqamətində qaçıb. Qarqarçayın üzərindəki körpünün altında çoxlu sayda Xocalı şəhər sakinlərini, o cümlədən arvadı Vəliyeva Ürüzə Xanlar qızını, bacısı Sürəyya Vəliyeva və bacısı oğlu Əhmədov Anar İslam oğlunu görüb. O, ailə üzvləri və 300 nəfər Xocalı sakini ilə birlikdə Kətik meşəsi istiqamətində hərəkət edib, Kətik kəndinə yaxınlaşarkən Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmaları nəticəsində adlarını bilmədiyi bir neçə Xocalı sakini öldürülüb və yaralanıb. Həmin gün səhər meşədə bacısının qayınanası Durna Əhmədova və sonuncunun oğlu Rafiq Əhmədov və digərləri ilə rastlaşdıqda onlar Ağdam rayonunun Şelli kəndi yaxınlığında, Xocalı rayonu ərazisində yerləşən Qaraqaya adlanan yerdə olan Xocalı sakinlərinin Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmaları nəticəsində müəyyən hissəsinin öldürüldüyünü və bir hissəsinin qaça bildiyini söyləyiblər. Bütün gecəni meşədə qaldıqları üçün Xocalı şəhər sakinlərinin əksəriyyətinin ayaqlarını don vurub, adlarını bilmədiyi bəzi şəxslər donvurmadan ölüblər. Həmin gecə bacısı və digər qohumları naməlum şəraitdə itkin düşüblər, onların yaşayıb-yaşamaması barədə heç bir məlumat yoxdur.

Dumanlı hava şəraiti və bələdçilərinin olmaması ilə əlaqədar Ağdam rayonu istiqamətində gedən yolu tapa bilməyib, fevralın 27-də 230 nəfər Xocalı şəhər sakini ilə Dəhrəz kəndinin yaxınlığından keçərkən Ermənistan hərbçiləri tərəfindən atəşə tutulublar. Bağırova Zəhra Sarı qızı, Telman, Mehti və adlarını xatırlamadığı 4 nəfər burada ölüb, 3 nəfər isə yaralanıb. Onlar girov götürülərək həmin kənddə yerləşən mal tövləsinə oxşar tikilidə saxlanılıblar. Burada işgəncələrə məruz qalıblar. Ona vurulan zərbələrdən kürəyinə şal ilə bağladığı azyaşlı Anar Əhmədov yerə düşüb. Adını bilmədiyi Ermənistan hərbçisinin uşağa təpiklə vurması nəticəsində onun başı zərblə divara dəyib. Uşağı qorumaq üçün onu yerdən götürüb qucağına alsa da, həmin hərbçi Anarı əlindən alıb kürəyi üstə yerə ataraq Azərbaycan dilində "sizin hamınızı öldürəcəyik" deyib. Üstlərində olan pul vəsaitləri, qızıl-zinət əşyaları qarət edilib, soyuq fermada ac-susuz saxlanılıblar. Fermada onunla birlikdə digər qohumları da girov qismində saxlanılıblar. Həmin gün Ermənistan hərbçiləri girovların arasından gəncləri - Usubəli Qarayevi, Zakir, Əliyar və Elşad Usubovları, Rövşən Həsənovu, Vüqar Hüseynovu, Ülfət Əliyevi, Tofiq Zeynalovu, Elşad Həsən oğlunu, Ələddin Paşayevi, Siyavuş Halay oğlunu, Rövşən Qaçay oğlu və Şahin adlı Xocalı sakinlərini seçib çölə çıxarıblar. Sonra atəş səsləri və ardınca avtomobil səsi eşidilib, hazırkı vaxtadək həmin şəxslər itkin düşmüş sayılır.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər