Şəkidəki qəzada 6 nəfər xəsarət aldı - YENİLƏNDİ

Şəkidəki qəzada 6 nəfər xəsarət aldı - YENİLƏNDİ
10.11.2025 00:40 Hadisə

Şəkidə baş verən qəzada 6 nəfər xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə Şəki Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd olunur ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 6 nəfər (4 kişi, 2 qadın) hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarəti alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müayinəsi və müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.

21:46

Axşam saatlarında Şəki–Qax avtomobil yolunun Şəkinin İncə kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.

TodayPress TV xəbər verir ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb olunub.

Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları və müvafiq qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

NEWS FEED
10 AUGUST 2026
Dünyanın ən yaşlı prezidenti yoxa çıxdı 23:18 Kanadada sakinlər helikopterlə təxliyə edildilər - DƏHŞƏTLİ MƏNZƏRƏ 23:53 Türkiyə Qara dənizin qapılarını açdı: Tankerlər hərəkətə keçdi 23:22 Azərbaycan müharibə vaxtı İrana necə kömək edib? - “2 saat çəkmədi ki…” 22:36 Trampın qolf klubuna iki təyyarə yaxınlaşdı: F-16-lar təcili müdaxilə etdi - VİDEO 22:48 Trampdan İranla bağlı müəmmalı çıxış: “Səssiz hərəkət edirik” 22:28 İran Hörmüz boğazında qaydaları dəyişdi: Bu gəmilər keçə bilməyəcək 22:24 İranda nə baş verəcəkdi? Pezeşkian ölkəsi ilə bağlı dəhşətli planı açıqladı 21:57 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Sürücülərin NƏZƏRİNƏ! Bu yol bağlanacaq 21:23 Tramp İranla nüvə sazişi qarşılığında bunu istəyir - Siyasi “alver” 21:05 Rusiya Ukraynanın enerji damarına ZƏRBƏ VURDU - Ciddi dağıntılar var 20:40 Həkim olmaq istəyənlər üçün MÜHÜM XƏBƏR 20:25 HƏMAS-dan şərt: Atəşkəs üçün bu addımlar atılmalıdır 19:55 Rusiya Suriyadakı hərbi bazalarını itirir - SON DƏQİQƏ 19:37 Neft Terminalındakı yanğınla bağlı TƏBİB HƏRƏKƏTƏ KEÇDİ 19:02 Neft Terminalındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ 16:36 ABŞ PUA-sı Cibutidə yerə çırpıldı - VİDEO 18:49 Gecə şəhəri səsə boğan motosikletçilərə qarşı əməliyyat keçirildi 18:44 Çayda itkin düşən gəncdən xəbər var 18:19 Kür çayında yeniyetmə qız itkin düşdü - Fövqəladə Hallar hərəkətə keçdi 17:54 Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ! Avqustun 10-da… 17:22 Müctəba Xameneinin görüntüləri köhnə imiş 17:12 Hövsan susuz qaldı 16:51 Sabah çimərliklərdə hava necə olacaq? 16:02 All News