Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var

Şəkidə yol qəzaları oldu - Xəsarət alanlar var
22.01.2026 00:11 Hadisə

Şəkidə Aşağı Küngüt kəndi və şəhər ərazisində yol qəzaları qeydə alınıb.

TodayPress TV xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq çökəkliyə aşıb. Nəticədə “Mercedes”in sürücüsü 26 yaşlı Elmar Musazadə xəsarət alıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, şəxsə başın açıq yarası diaqnozu qoyularaq zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir.

Digər yol-nəqliyyat hadisə şəhərin Sabit Rəhman küçəsində qeydə alınıb. "Nissan" və VAZ-21015 markalı iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "Nissan"ın sürücüsü 71 yaşlı Asif Paşayev Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pasiyentə başın çoxsaylı açıq yaraları, sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən Asif Paşayevin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Hər iki yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 All News