Samux xəstəxanası qadını doğuşa qəbul etmədi, əri motosikletlə Gəncəyə apardı - VİDEO

Samux xəstəxanası qadını doğuşa qəbul etmədi, əri motosikletlə Gəncəyə apardı - VİDEO
29.07.2026 21:30 Hadisə

Samux Rayon Mərkəzi Xəstəxanasına doğuş üçün müraciət edən qadının həkim tapa bilmədiyi iddia olunub.

TodayPress TV Gencexeber.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, hadisə iyulun 27-də baş verib. Çobanabdallı kənd sakini Emin Mustafayev doğuş sancıları başlayan həyat yoldaşını Samux Rayon Mərkəzi Xəstəxanasına aparıb. Onun sözlərinə görə, xəstəxanada həkimlərin məzuniyyətdə olduğu bildirilib və bu səbəbdən qadına tibbi yardım göstərilməyib.

İddiaya görə, xəstənin başqa tibb müəssisəsinə aparılması üçün təcili tibbi yardım avtomobili də ayrılmayıb. Bundan sonra Emin Mustafayev həyat yoldaşını motosikletlə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxanaya çatdırıb. Qadın uşağı burada dünyaya gətirib. 

Baş verənlər Emin Mustafayev tərəfindən mobil telefonla qeydə alınıb və görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) açıqlama verilib.

Bildirilib ki, sosial şəbəkələrdə Samux Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan görüntülərdə hamilə qadının müayinəyə cəlb edilməməsi iddiaları həqiqəti əks etdirmir və tərəflər arasında müvəqqəti anlaşmazlıq yaranıb.

"Sözügedən vətəndaş əvvəlcə Gəncə Perinatal Mərkəzində ultrasəs (USM) müayinəsindən keçib və ona baş gəlişi diaqnozu təyin edilib. 

Daha sonra həmin vətəndaş Samux Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək həkim-cərrah-ginekoloq tərəfindən müayinə prosesinə cəlb edilib.

Müayinə zamanı dölün köndələn vəziyyətdə olduğu müəyyən edilib. Qadının altıncı hamiləliyi olduğu üçün əməliyyat prosesinə hazırlıq görülüb", - qurumdan qeyd edilib. 

Bildirilib ki, vətəndaş əməliyyatdan imtina edərək öz razılığı və istəyilə Gəncə Perinatal Mərkəzinə müraciət edib, yaranmış anlaşılmazlıq tam olaraq aradan qaldırılıb.

NEWS FEED
29 JULY 2026
Bu gecə Rusiya-Ukrayna arasında nə baş verəcək? Zelenski XƏBƏRDARLIQ ETDİ 23:45 ABŞ İrana TƏCİLİ xəbərdarlıq etdi: Güclü zərbələr olacaq 23:39 15-ci dəfə keçirilən Qəbələ Festivalı möhtəşəm açılışla başladı 23:17 Ukraynanın F-16-sı qəfil sıradan çıxdı - Pilot son anda xilas oldu 23:02 Neft qiymətləri kəskin bahalaşdı - SƏBƏB 22:53 Zelenski Polşaya niyə getdi? - Bu məsələlər müzakirə edildi 22:28 “Fənərbağça”nın oyunu qəfil dayandırıldı - VİDEO 22:38 Misirdə güclü partlayış - VİDEO 22:11 Azərbaycan güləşçiləri dünya ikincisi oldular 22:16 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu başladı 22:05 Terrorun Türkiyəyə vurduğu zərər rekord həddə çatdı - Rəqəmlər AÇIQLANDI 21:53 Ukraynada gündə 70 milyon dollar “buxarlanır” 21:40 Samux xəstəxanası qadını doğuşa qəbul etmədi, əri motosikletlə Gəncəyə apardı - VİDEO 21:26 Netanyahunun “gözü doymur”: İrana qarşı daha sərt addımlar istədi 21:14 Pezeşkian xalqa çağırış etdi: “Mübarizə aparın!” 20:57 Bloger ittiham səsləndirdi, Hikmət Hacıyev dərhal cavab verdi - VİDEO 21:00 Daha bir ölkə İranla müharibəyə qoşuldu - Vəziyyət gərginləşir 20:51 Netanyahu ABŞ ilə bağlı: “Sizə bunu göstərmirlər” 20:40 ABŞ Fransanın yeni səfirini qəbul etməyəcək? - SƏBƏB bu imiş 20:30 ABŞ-dən İrana SON XƏBƏRDARLIQ: “Səlahiyyətiniz yoxdur!” 20:06 İlham Əliyev Serbiya və Macarıstana yeni səfirlər təyin etdi 19:59 Prezident onları vəzifəsindən geri çağırdı 19:53 Azərbaycanın Avstriyadakı yeni səfiri o oldu 19:48 Prezident Avstriyadakı səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi 19:45 100 milyonluq işdə yeni adlar: Vəzifəli şəxs həbs edildi 19:40 All News