Rusiyada 16 il öncə yaşlı qadını qətlə yetirən şəxsə hökm oxundu

Rusiyada 16 il öncə yaşlı qadını qətlə yetirən şəxsə hökm oxundu
29.07.2026 17:01 Hadisə

Rusiyada 16 il öncə pulunu ələ keçirmək məqsədilə 73 yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Zərərçəkənin hüquqi varisi tərəfindən verilən 13 min manatlıq mülki iddia qismən təmin edilib və ona 5 min manat ödənilməsinə qərar verilib.

Qeyd edək ki, hadisə 2010-cu ildə Rusiyanın Orlov vilayətinin Livni şəhərində baş verib. İttihama görə, təqsirləndirilən Bəkirov Rusiyada yaşadığı dövrdə işlədiyi obyektin 5600 rubl pulunu müdriyyətin xəbəri olmadan götürüb və qumar oyunlarında uduzub. O, uduzduğu pulu ödəmək məqsədilə həmin ilin noyabr ayında birgə yaşadığı qadının 1937-ci il təvəllüdlü nənəsi Tamara Studennikovanın mənzilinə qanunsuz daxil olub.

Təqsirləndirilən şəxs mənzildə tək olan yaşlı qadına hücum edərək onun baş və bədən nahiyələrinə yumruqla çoxsaylı ağır zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxs ağır açıq kəllə-beyin travması alıb.

Bəkirov mənzildən dəyəri 534 rubl (təxminən 13,35 manat) olan "Nokia" markalı mobil telefonu götürərək hadisə yerindən qaçıb. Xəstəxanaya yerləşdirilən Tamara Studennikova aldığı xəsarətlərdən reanimasiyada vəfat edib.

Hadisədən sonra Rusiya Federasiyasından Azərbaycana qayıdan və uzun müddət istintaqdan gizlənən şəxs məsuliyyətə cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 126.3 (sağlamlığa qəsdən ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmə) maddələri ilə yekun ittiham elan olunub.

TodayPress TV

NEWS FEED
29 JULY 2026
ABŞ-dən İrana SON XƏBƏRDARLIQ: “Səlahiyyətiniz yoxdur!” 20:06 İlham Əliyev Serbiya və Macarıstana yeni səfirlər təyin etdi 19:59 Prezident onları vəzifəsindən geri çağırdı 19:53 Azərbaycanın Avstriyadakı yeni səfiri o oldu 19:48 Prezident Avstriyadakı səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi 19:45 100 milyonluq işdə yeni adlar: Vəzifəli şəxs həbs edildi 19:40 Zelenski ABŞ-dən qayıdanda “yolüstü” Polşaya da “dəydi” 19:33 Atası ilə çimməyə getdi, faciə ilə üz-üzə qaldı - 16 yaşlı yeniyetmənin vəziyyəti necədir? 19:28 Rusiya Odessada mühüm hədəfləri vurdu 19:15 Lavrov: “Rusiya müqəddəsdir, çətin anlarda yuxarıdan yardım gəlir” 19:04 Elmir Çərkəzov gümüş medal qazandı 18:56 Abdurrahman Hüseynli dünya çempionatında gümüş medal qazandı 18:39 Ədliyyə Nazirliyi onu Azərbaycana gətizdirdi 18:33 Əli Cavadlı dünya çempionatında gümüş medal qazandı 18:22 Bu ərazilərdə təsərrüfat işi aparanlar diqqətli olsun! - YENİ TƏLƏBLƏR 18:19 Xalq artistinin adı bu məktəbə verildi 18:12 Magistraturaya qəbul nəticələri açıqlandı 18:03 Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu 17:45 Sabah bu rayonda qaz olmayacaq 17:29 “Real”ın yeni istedadı üçün İngiltərədən möhtəşəm təklif gəldi 17:32 Tramp İranın raket hücumlarına kəskin cavab veriləcəyini açıqladı 17:16 Roddik Sinnerin gələcək planını açıqladı 17:07 Rusiyada 16 il öncə yaşlı qadını qətlə yetirən şəxsə hökm oxundu 17:01 ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirdi 16:44 Pekin ABŞ və İsrailə qarşı İranı silahlandırır - İDDİA 16:28 All News