Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA

Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA
22.07.2026 16:55 Hadisə

TodayPress TV-nin qaynar xəttinə son günlər “Jetex.az” kargo şirkətinin fəaliyyəti ilə bağlı bir neçə vətəndaş müraciət edib.

Şikayətçilərin sözlərinə görə, şirkətin fəaliyyətini dayandırmasından sonra Türkiyə anbarında və Bakıya gətirilmiş bağlamaların taleyi naməlum olaraq qalır. 

Vətəndaşlar bildirirlər ki, nə şirkətin əlaqə nömrələri aktivdir, nə də müraciətlərə cavab verilir.

Şikayətçilərdən Namidə Məmmədli bildirib ki, onun məhsulu mayın 14-də Türkiyədən göndərilən reyslə Bakıya çatdırılsa da, artıq iki aydan çoxdur bağlamanı təhvil ala bilmir:

“Mayın 14-də gələn reysdə məhsulum Bakıya çatıb. Şirkətin əlaqə nömrəsinə zəng etdikdə nömrənin təyin edilmədiyi bildirilir. İyulun 15-dən etibarən fəaliyyətlərini dayandırdıqlarını yalnız öz kanallarında paylaşıblar. Bundan əvvəl isə hər dəfə “bu gün”, “sabah çatdırılacaq” deyə cavab verirdilər. Son olaraq nömrəmi istədilər və tərəfdaş şirkətin mənimlə əlaqə saxlayacağını dedilər. Artıq bir aydır heç bir xəbər yoxdur. Məhsulumun dəyəri 100 manatdan çoxdur, üstəlik, kargo haqqını da ödəmişəm. Məhsul itirilibsə, dəymiş zərər kompensasiya edilməlidir”.

Digər müraciətçi isə iki sifarişinin Türkiyə anbarında qaldığını bildirib:

“Bir məhsulu iyunun 20-də, digərini isə iyulun 1-də sifariş etmişəm. Müvəqqəti fəaliyyət göstərməyəcəkləri barədə heç bir məlumat verilməyib. Məhsullarımın aqibətinin necə olacağı məlum deyil. Nə telefon zənglərinə, nə də müraciətlərə cavab verilir”.

Başqa bir vətəndaş isə TodayPress TV-yə müraciətində şirkətin məsul şəxsləri ilə əlaqə yaratmaqda köməklik göstərilməsini istəyib:

“Mallarımız Türkiyə anbarında qalıb. Şirkətlə əlaqə saxlamaq mümkün deyil. Məsul şəxslərlə əlaqələndirilməyimizə kömək edin”.

TodayPress TV məsələ ilə bağlı “Jetex.az” şirkətinin mövqeyini öyrənməyə çalışıb. Qarşı tərəfin cavabı olduğu təqdirdə materiala əlavə ediləcək.

TodayPress TV məsələ ilə bağlı “Jetex.az” şirkətinin mövqeyini öyrənməyə çalışıb. Lakin şirkətin əlaqə nömrəsinə edilən zənglər zamanı “nömrə təyin olunmayıb” bildirişi səslənib. Bu səbəbdən qarşı tərəfin mövqeyini əldə etmək mümkün olmayıb. Şirkətdən hər hansı açıqlama daxil olacağı təqdirdə, material yenilənəcək.

Qeyd edək ki, “Jetex.az”ın rəsmi səhifəsində yerləşdirilən bildirişdə şirkətin fəaliyyətini müvəqqəti dayandırdığı qeyd olunub. Bildirişdə bildirilib ki, 15 iyul 2026-cı il tarixinədək Türkiyə və İspaniya anbarlarına daxil olan bütün bağlamaların göndərişi həyata keçiriləcək. Həmçinin vurğulanıb ki, qeyd olunan tarixdən sonra anbarlara daxil olan bağlamalara görə şirkət məsuliyyət daşımır.

Xatırladaq ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xidmət göstərən tərəf öhdəliklərini yerinə yetirmədiyi hallarda istehlakçıların dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var.

Qiymət Mahir

NEWS FEED
22 JULY 2026
İsrail naziri: “Türkiyə ilə müharibə sabah başlaya bilər” 19:01 Paşinyandan Almaniya kanslerinə təcili zəng - Nə danışıldı? 18:52 ABŞ-dən sonra növbəti xəbərdarlıq İrandan gəldi 18:37 Tanınmış universitetlə bağlı mənfi qərar verildi 18:30 Trampdan İrana son xəbərdarlıq: “Əgər bu addım atılsa, Tehran vurulacaq! 18:15 Sahibkarlar üçün yeni imkan - QƏRAR VERİLDİ 18:10 Maaş əlavəsi ilə bağlı mühüm qərar: Kimlərə şamil olunur? 18:05 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan ekstradisiya olundu 17:37 Dələduzluq edən şəxs bu ölkədən ekstradisiya edildi 17:25 İran itkilərini yenilədi- 53 nəfər... 17:32 Rezidenturaya qəbul omlag istəyənlər DİQQƏT! Qeydiyyat başlandı 16:46 “Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı 16:21 Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA 16:55 Peskov Rusiya və Almaniya nümayəndələrinin Bakıdakı görüşündən danışdı 16:14 Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edildi - FOTO 16:34 “Bütün dünya üçün fəlakət olar!" – ABŞ-dən gözlənilməz ETİRAF 15:33 Trampın yalanı ifşa olundu: “Düşdüyün bataqlıqdan çıxmaq üçün başqa yol axtar!" 15:26 Makron nazirin istefasını qəbul etmədi 15:25 Rubio: ABŞ nüvə silahının yayılması riskinə yol verməyəcək 15:16 "Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək 15:13 Azərbaycan bu ölkə ilə vizanı qarşılıqlı aradan qaldırdı 15:07 Prezident 3 fərman imzaladı 14:58 Prezident Rauf Arifoğlunu təltif etdi 14:50 Hitlerin evi polis bölməsinə çevrildi - FOTO 14:09 Bakıda gizli Almaniya-Rusiya görüşü ilə bağlı ilginc suallar ortaya çıxdı 13:40 All News