Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama

Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama
21.07.2026 20:28 Hadisə

Bakının Yasamal rayonunda yerləşən “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atılması ilə bağlı səsləndirilən iddialara klinika tərəfindən aydınlıq gətirilib.

TodayPress TV xəbər verir ki, tibb müəssisəsindən “Bakupost”a verilən açıqlamada qeyd olunub ki, Zərdab rayon sakini olan hamilə pasiyent klinikaya ilk dəfə iyulun 17-də müraciət edib və daha əvvəl burada qeydiyyatda olmayıb.

Bildirilib ki, pasiyent keysəriyyə əməliyyatı üçün Bakıya göndərilib və klinikada aparılan ultrasəs müayinəsi zamanı bətnindəki dölün ölü olduğu müəyyən edilib.

“Bu barədə dərhal pasiyentin özünə və yaxınlarına məlumat verilib”.

Açıqlamada vurğulanıb ki, pasiyentə başqa tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunsa da, o, əməliyyatın məhz bu klinikada aparılmasını israrla xahiş edib. Nəticədə əməliyyat həyata keçirilib və pasiyent tərəfindən klinikaya hər hansı ödəniş həyata keçirilməyib.

Qeyd edilib ki, dölün patohistoloji müayinəyə göndərilməsi təklif olunsa da, pasiyent bundan yazılı şəkildə imtina edib və əməliyyatdan sonra döl dəfn məqsədilə ailə tərəfindən aparılıb:

“İmtina barədə müvafiq sənəd imzalanıb və döl onların özlərinə eyni gündə təhvil verilib”.

Klinikadan həmçinin bildirilib ki, bir müddət sonra pasiyentin yaxınları tibb müəssisəsinə gələrək çəkiliş aparıb və sanitar otağı zirzəmi kimi təqdim ediblər:

“Onlar xəstəxananın yuxarı girişində şüşə qapını sındırmağa çalışaraq içəri daxil olmaq, xəstənin yanına keçmək istədiklərini bildirdilər. Qapının sınmaması üçün açıldıqda isə çəkiliş apararaq içəri daxil oldular. Daha sonra bir neçə qapını açdılar. Ardınca klinikanın sanitar otağına baxdılar. Həmin otaq yuyucu vasitələrin saxlanıldığı yerdir. Onlar həmin otağın görüntülərini çəkərək elə təqdim ediblər ki, guya uşaq ora atılıb. Halbuki, döl ailəyə eyni gündə təhvil verilmişdi”.

Klinikadan əlavə edilib ki, səsləndirilən iddialarda tibb müəssisəsinin guya dölün ölümünə səbəb olduğu qeyd olunur. Lakin bildirilib ki, pasiyent klinikaya müraciət etdiyi zaman bütün tibbi sənədlər təqdim olunub, dölün ölüm faktı barədə pasiyentə və yaxınlarına əvvəlcədən məlumat verilib və əməliyyat ailənin istəyi ilə həyata keçirilib.

“Çəkiliş zamanı digər pasiyentlərin narahatlığı səbəbilə mühafizə xidmətinə məlumat verilib. Bundan sonra həmin şəxslər davranışlarına görə üzr istəyərək tibb müəssisəsinin ərazisini tərk ediblər.

Bazar günü pasiyentin yaxınları xəstəni klinikadan aparıb və bu zaman hər hansı narahatlıq bildirilməyib. Lakin növbəti gün çəkiliş videosu təhrif olunmuş və həqiqətə uyğun olmayan tərzdə sosial şəbəkələrdə ictimaiyyətə təqdim edilib”.

Klinika 2003-cü ildən etibarən tibbi xidmətlər sahəsində fəaliyyət göstərir və fəaliyyəti dövründə bu cür halla ilk dəfə qarşılaşır. Tibbi müəssisə məsələnin obyektiv araşdırılmasında və cəmiyyətə təhrif olunmamış, həqiqi məlumatın çatdırılmasında maraqlıdır.

NEWS FEED
22 JULY 2026
İnsan Yer tarixində “son saatda” meydana çıxıb 22:10 İran Süleymaniyəyə güclü zərbələr endirir - VİDEO 01:27 “Taktiki bomba ilə məhv ediləcək” – İranla bağlı iddia 00:44 SON DƏQİQƏ: İsrailin Bəhreyndəki səfirliyində partlayış oldu - İDDİA 00:40 İran, İraq, Əfqanıstan… Tramp bütün müharibələri bir siyahıda topladı 00:29 Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur 23:48 Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 All News