Nigar Fərhadın əri həbs edildi

Nigar Fərhadın əri həbs edildi
05.08.2026 16:26 Hadisə

Məşhur aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş onun faktiki rəhbərlik etdiyi “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlıdır.

Bir müddətdir “AİD Group”la bağlı şikayətlər səngimirdi. Elə saytımızda da bu barədə bir neçə yazı dərc edilib. Sonuncu dəfə Nigar Fərhadın “yoxa çıxması” ilə bağlı xəbər vermişdik.

Hüquq-mühafizə orqanlarının ilkin araşdırması nəticəsində şirkətin faktiki rəhbəri Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.


“AİD Group”un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib, onlarla bağlı araşdırma davam edir. Aparıcının ölkədən getməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddiaların isə həqiqəti əks etdirmədiyi bildirilir.

Qeyd edək ki, “AİD Group” xaricdə təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkətin təsisçisi Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirir. O, eyni zamanda müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb. Həbs edilən Samir Yəhyazadə isə əsasən Amerikanın Nyu-York şəhərində yaşayır, peşəkar İT mütəxəssisidir.

TodayPress TV

PHOTOS

Nigar Fərhadın əri həbs edildi — 1
NEWS FEED
05 AUGUST 2026
Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 All News