Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA

Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA
03.07.2026 12:50 Hadisə

AMEA Folklor İnstitutu Qərbi Azərbaycan folkloru şöbəsinin müdir müavini, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu Naxçıvanda azyaşlı uşağa səhv peyvənd vurulduğu və sonradan tibbi sənədlərin saxtalaşdırıldığı ilə bağlı iddialarla çıxış edib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, sözügedən hadisədə azyaşlı uşağa səhv peyvənd vurulduğu, daha sonra isə izi itirmək və valideynləri aldatmaq məqsədilə sənədlərin saxtalaşdırıldığı iddia olunur.

Elyar İslamoğlu bildirib ki, belə iddialar cəmiyyət üçün ciddi narahatlıq doğurur və hərtərəfli araşdırılmalıdır:

“İddialara görə, azyaşlı uşağa səhv peyvənd vurulub, sonra isə izi itirmək və valideynləri aldatmaq üçün sənədlər saxtalaşdırılıb. Belə hallara görə uşaqlar peyvənddən sonra şikəst olur, danışa bilmir, qulaqları tutulur, görmə qüsuru yaranır”.

AMEA üzvü həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun məsələyə münasibətini də tənqid edib:

"Naxçıvan Muxtar Respublikası Prokurorluğu isə həmin şəxsə yalnız şiddətli töhmət verməklə kifayətlənib. Görünür, Prokurorluq əməkdaşları qanunları yaxşı bilmir. Yoxsa uşağa səhv peyvənd vuraraq onun sağlamlığını riskə atmağın, daha sonra sənədləri saxtalaşdırıb valideynə yalan məlumat verməyin cəzasının şiddətli töhmət olmadığını bilməli idilər".

Ekspert əlavə edib ki, məsələ ilə bağlı irəli sürülən iddialar obyektiv və şəffaf şəkildə araşdırılmalıdır:

"İddialar obyektiv və şəffaf araşdırılmalı, qanun pozuntusu təsdiqlənəcəyi təqdirdə isə məsul şəxslər qanun qarşısında cavab verməli, ciddi cəza olmalıdır".

Türkan İsgəndərli

TodayPress TV

PHOTOS

Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA — 1
NEWS FEED
19 AUGUST 2026
Ağdamda qəbir qazarkən hərbi sursat tapıldı 11:49 Tramp Kim Çen Inla görüşmək istəyir 11:23 Rusiya aktivləri Ukraynaya verilir? Kiyevdən beynəlxalq tərəfdaşlara mühüm tələb 11:33 Malkomun Səudiyyə macərası bitir: yeni klubla razılıq əldə olundu 11:25 "Keystone XL" boru kəməri məzardan oyadılır – Tramp və Karni razılığa gəldi 10:44 Trampdan gözlənilməz müdaxilə: ABŞ-Cənubi Koreya təlimləri vaxtından əvvəl bitir 10:36 Malayziyanın yeni səfiri Azərbaycana gəldi 10:54 O’Hara “Mançester Yunayted”in transferlərini sərt tənqid etdi 10:50 Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq 10:48 Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar: 9 nəfər həbs edildi 10:36 Sabalenkodan möhtəşəm rekord: WTA-1000 turnirlərində tarix yazdı 10:30 Azərbaycan XİN Əfqanıstanı təbrik etdi 10:21 Çində güclü zəlzələ baş verdi 10:07 BMT: 2025-ci ildə 907 yardım əməkdaşı zərər çəkib 09:43 Alonso “Çelsi”nin problemini tapdı: istedad var idi, liderlik yox 09:36 Neftin qiyməti artdı 09:32 “Barselona”da yeni lider: Rafinya kapitan sarğısını taxacaq 09:29 “Mançester Siti”yə pis xəbər: Jeremi Doku həftələrlə oynamaya bilər 09:16 Yaponiya hipersəs raketlərinə keçir 09:21 Liam Louson üçün gözlənilməz şans: “Red Bull”a geri çağırılır 09:09 Partnyorla çox vaxt keçirmək istəyinin arxasında nə dayanır? 09:03 Tramp Kanada tariflərini 3 gün dayandırdı 08:57 DİQQƏT: Bu yollarda tıxac var - SİYAHI 08:39 Çempionlar Liqasına gedən yolun son sınağı: “Sabah” meydana çıxır! 08:35 ABŞ-dən İrana qarşı ağır İTTİHAM: 8 min müəllimin hesabı OĞURLANDI 00:26 All News