Masallıda qəza - Ölən var

Masallıda qəza - Ölən var
06.02.2026 20:40 Hadisə

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə Masallı şəhərinin Dadva küçəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Vəli Azər oğlu Hətəmzadənin idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən 1947-cı il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayevin idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində hər iki sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır olan Q. Fətullayev Masallıda özəl klinikaların birinə yerləşdirilib.

Aparılan bütün reanimasyon tədbirlərinə baxmayaraq Qardaş Fətullayevin həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı klinikada ölüb. Digər sürücü V. Hətəmzadənin müalicəsi xəstəxanada davam etdirilir.

Qeyd edək ki, Q. Fətullayev Masallı Ziyalıları İctimai Birliyinin sədri, YAP-ın Masallı Rayon Təşkilatının, rayon Ağsaqqallar şurasının, rayon təhsil işçiləri həmkarlar komitəsinin şura üzvü idi.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 All News