İki ayda narkotiklə bağlı 1765 cinayət faktı aşkarlanıb

İki ayda narkotiklə bağlı 1765 cinayət faktı aşkarlanıb
18.03.2026 11:34 Hadisə

2026-cı ilin yanvar-fevral ayları ərzində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1765 cinayət faktı aşkarlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Qeyd edilib ki, onlardan 359-u narkotik vasitələrin qanunsuz satışı, 1404-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 780 kq 896 kq 713 qram və 300 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 532 kq 668,1 qramını marixuana, 99 kq 071,146 qramını heroin, 32 kq 065,49 qramını tiryək, 41 kq 067,14 qramını həşiş, 6 kq 279,1 qramını digər narkotik vasitələr və 69 kq 745,737 qramını psixotrop maddələr təşkil edib.

Qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 47milyon 855 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 529 nəfər cəlb edilmiş, onlardan 515-i kişi, 14 qadın olmuşdur. Məsuliyyətə cəlb edilmiş 8 xarici ölkə vətəndaşındanümumilikdə 110 kq 798,356 qr müxtəlif növ narkotik vasitələr götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 32 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 479 kq 764,016 qr narkotik vasitə çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 32 qrup halındatörədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 345 kq 240,3 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

2025-ci ilin yanvar-fevral ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 244 satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 335 fakt olub.

Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 319 kq 648,78 qr artmış, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 6 fakt, qrup halında olan cinayətlərin sayı 7 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 16, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 9 nəfər azalıb.

2025-ci ilin yanvar-fevral ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış heroinin çəkisi 3 kq 892,804 qr (3,8%), tiryəkin çəkisi 753,592 qr (2,3%) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 1 ton 532 kq 668,1 qr-n (86,0 %) marixuana təşkil etmişdir. Onun da 1 ton 266 kq 809,6 qramı (82,6%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 265 kq 858,5 qramı (17,3 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Cari ilin 30 yanvar tarixində müvafiq məhkəmə qərarları ilə 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsirmaddələr yandırma üsulu ilə məhv edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 284, QİÇS-lə Mübarizə Mərkəzində 300, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər) 707 xəstə müalicə alır.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 All News