Hökumə Əliyevanın atasına qarşı dələduzluq edən şəxslə bağlı QƏRAR

Hökumə Əliyevanın atasına qarşı dələduzluq edən şəxslə bağlı QƏRAR
24.02.2026 15:21 Hadisə

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından 80 min manat oğurlamaqda təqsirləndirilən Ayaz İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ayaz İsgəndərov qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hökmdə o da qeyd olunub ki, ​​​​​​Ayaz İskəndərov narkotik istifadəçisi olsa da, onun Narkoloji Mərkəzdə qeydiyyatı yoxdur. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticəsi olaraq məhkəməyə təqdim edilən rəydən məlum olub ki, o, aslılıq sindromundan (narkomaniya xəstəliyi) əziyyət çəkir və məcburi müalicəyə ehtiyac var. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında baş verib. Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırmalarla cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb. Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktına görə başlanmış cinayət işi çərçivəsində şübhəli şəxslər müəyyən ediləndən sonra 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.

İttihama görə, Ayaz İsgəndərov “Telegram” sosial şəbəkəsində tanış olduğu, şəxsiyyəti istintaqla müəyyən edilməyən “Petroviç” adlı hesab istifadəçisi və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. O, özünü bank əməkdaşı kimi göstərərək Cəlil Alıyevdən kart məlumatlarını əldə edib. Hadisə vaxtı kartda 103 min manat pul olub. Həmin pulun 40 min manatı dövlət tərəfindən, 38 min manatı isə sığortadan verilib. Qalan məbləğ isə Hökumə Əliyevanın özünün sığorta olunduğu 57 min manat pul olub. Cəlil Alıyevə ümumilikdə 80 min 500 manat ziyan dəyib.

(APA)

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 All News