Həkimlə dalaşan şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO

Həkimlə dalaşan şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO
07.07.2026 20:12 Hadisə

Gəncədə poliklinikada insident baş verib, vətəndaş tibb müəssisəsini yandırmağa çalışıb.

TodayPress TV Teleqraf-a istinadən xəbər verir ki, hadisə iyulun 7-də, saat 12:50-də Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb.

İlkin məlumata görə, təyin olunmuş limitdən artıq narkotik tərkibli dərman tələb edən vətəndaş həkimlə mübahisə edib, daha sonra üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.

Məlumata görə vətəndaş nevroloq həkimlə mübahisə etdikdən sonra yanğın törətmək istəyib.

Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən şəxsin Vətən müharibəsinin iştirakçısı, qazi olduğu bildirilir.


NEWS FEED
07 JULY 2026
NATO tamamilə dəyişir - Yeni strategiya təqdim olundu 23:41 Ərdoğanın seçdiyi marş Yunanıstanda köhnə yaraları yenidən qanatdı - VİDEO 23:13 Messi iki rekorda imza atdı 22:58 Türkiyə alyansın “Cənub qalxanı” olmaq istəyir 22:47 ABŞ Avropadan əlini çəkir? - Rusiya üçün fürsət, NATO üçün risk 22:30 Sabah UEFA ÇL-dəki matçında qələbə qazandı 22:12 DÇ-2026: Argentina 1/4 finala yüksəldi - YENİLƏNDİ 20:03 Makron Ərdoğanın arvadının əlini öpmək istədi, “arzusu ürəyində qaldı” - VİDEO 21:55 “Firon”lar “qızıl”lara qol vurdu, amma qiyməti olmadı 21:32 İran dronları gəmilərə yaxınlaşdı, ABŞ müdaxilə etdi 21:22 “Şamaxinka” tunelində YANĞIN: Hərəkət iflic oldu - VİDEO 20:59 Azərbaycanlılar Rusiya gəmilərinin vurulduğu anları çəkdi - VİDEO 20:52 Tramp Netanyahunun xahişini yerə saldı - Türkiyə ilə bağlı YENİ QƏRARLAR 20:28 Həkimlə dalaşan şəxs poliklinikanı yandırmağa çalışdı - VİDEO 20:09 Kreml Üçüncü Dünya müharibəsi ilə bağlı son sözünü dedi 19:58 Ankaradan gələn xəbər Rusiyanı narahat edəcək – NATO yeni addım atır 19:50 Ömürlük məhkum olunan separatçılar son ümidə əl atdılar 19:35 Ankara Sammitində elə addım atılacaq ki… 19:15 Tramp indi də bura “əl atdı” 18:59 ABŞ senatoru Bakıya niyə gəldi? Görüşün əsas detalları AÇIQLANDI 18:51 Pensiyalar bu tarixdə ödəniləcək 18:45 Xarkovda DƏHŞƏTLİ GECƏ: İdarəolunan bombalar şəhəri vurdu 18:38 Tramp Putin və Zelenskinin ortaq istəyini AÇIQLADI 18:28 Bu transfer baş tutsa, Azərbaycan futbolunun ən bahalı satışı reallaşacaq 18:19 Məşhur arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI 18:09 All News