Dövlət torpaqlarını qanunsuz satanlar cinayət məsuliyyətinə cəlb olundu

Dövlət torpaqlarını qanunsuz satanlar cinayət məsuliyyətinə cəlb olundu
03.07.2026 10:50 Hadisə

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət işi həmin nazirliyin tabeliyində fəaliyyət göstərən "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin istifadəsində olan, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz zəbt edilərək ayrı-ayrı şəxslərə satılması faktları üzrə istintaq olunub.

İbtidai istintaqla 11 nəfərin – Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu və Novruzov Səfa Abbasqulu oğlunun dələduzluq və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını pozma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Qalib Əliyev, Anar Hüseynov və Ceyhun Əşrəfov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Daha sonra onlar Araz İsmayılov, Amin Quliyev, Arif Məmmədov və Vidadi Rəsulovla birlikdə həmin torpaq sahələrinin özlərinə məxsus olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, İlqar Qəhrəmanov, Orxan Vahidov və Ceyhun Dəmirov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 4 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Sonradan onlar Səfa Novruzov, Amin Quliyev və Vidadi Rəsulovla birgə həmin torpaq sahələrinin özlərinə məxsus olduğunu yalandan bildirməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb, onlara məxsus pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Toplanmış sübutlar əsasında adları qeyd olunan şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 188.3 (kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və digər maddələri ilə ittiham elan olunub.

Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı görülmüş tədbirlər nəticəsində 20 hektardan artıq dövlət mülkiyyətində olan torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin istifadəsinə geri qaytarılıb. Bununla yanaşı, cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi də təmin edilib.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
Kədərin gülən üzü — Kamal Sunalın unudulmaz yaşam hekayəsi 15:09 Allah keşişləri qorumadı - 8 dindar öldü 14:54 Rusiyaya ağır itki - Ukrayna "bir daşla 7 quş vurdu" 14:54 Azərbaycan nümayəndə heyəti Tehrandadır - GÖRÜNTÜLƏR 14:39 Hərbi qulluqçu infarkt nəticəsində vəfat etdi 14:33 Bakının memarlıq möcüzələri hansılardır? - SİYAHI 14:32 İran nə təslim olub, nə də rejim devrilib – hansı qələbədən söhbət gedir? 14:29 Putin Polşanı "təcrübə siçanı" edəcək - Rusiya NATO-ya qarşı ilk qarmağı atmağı planlaşdırır 14:25 Sabah Azərbaycanda neçə dərəcə isti gözlənilir? 14:22 Ermənistan parlamentinin yeni spikeri ortalığı qatdı - "TÜRK" imiş 14:06 Prezidentin general-leytenant rütbəsi verdiyi nazir kimdir? – DOSYE 13:58 Tarixin ən böyük olaylarından biri: Xameneinin dəfnində 20 milyon insan iştirak edəcək 13:55 Birinci Qarabağ müharibəsinin itkin şəhidi Füzulidə dəfn edildi 13:52 Əhməd əş-Şaraa Netflix ulduzunu parlamentə SEÇDİ 13:38 İran Azərbaycanda millətçiliyi gücləndirməyə çalışır - XAİN PLAN 13:29 Tramp Türkiyədə “qızı” ilə görüşəcək? – Hazırlıqlar başladı, ilginc detallar bilindi/VİDEO 13:17 Hikmət Hacıyev dünya şöhrətli professorla görüşdü 13:05 Goranboyda itkin-şəhid Rauf Əhmədovla vida mərasimi keçirildi 13:01 Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA 12:50 İtkin-şəhid Dəyanət Musayev dəfn edildi 12:47 Alleqri “Napoli”nin baş məşqçisi təyin olundu 12:38 Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - VİDEO 12:16 Paşinyan Pezeşkianla Tehranda danışıqlar aparır 12:11 Azərbaycandan Ermənistana tonlarla buğda göndərildi? AÇIQLANDI 12:03 Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb 11:54 Bütün Xəbərlər