Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi

Bakıda bir kanalizasiya qapağına üç qurum çarə tapa bilmədi
24.06.2026 13:45 Hadisə

Binəqədi şosesində yerləşən açıq kanalizasiya quyusu və yolun bərbad vəziyyəti ilə bağlı vətəndaş narazılığı səsləndirilib.

TodayPress TV xəbər verir ki, vətəndaşın sözlərinə görə, Binəqədi şosesinin “Yeni Yol” adlanan ərazisində yerləşən kanalizasiya quyusunun qapağı bir aydan çoxdur ki, yoxdur. O bildirib ki, ümumiyyətlə, yağışlardan sonra həmin ərazidən Binəqədi şosesi–Mehdiabad kəsişməsinədək yol yararsız vəziyyətə düşür.

Şikayətçi qeyd edib ki, Mehdiabad kəsişməsində yerləşən digər kanalizasiya qapağının ətrafında da çökmə yaranıb.

Onun iddiasına görə, nə Binəqədi Rayon İcra Hakimiyyəti, nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, nə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sözügedən problemlə maraqlanır.

Vətəndaş bildirib ki, hər gün çoxsaylı avtomobilə ziyan dəyir, yolun həmin hissəsində uzun tıxaclar yaranır. O vurğulayıb ki, bir neçə qəsəbə üçün əhəmiyyət daşıyan yol baxımsız vəziyyətdə qalıb.

Şikayətçi sonda qeyd edib ki, qurumların öz vəzifələrini lazımi şəkildə yerinə yetirməməsi vətəndaşları problemlərinin həlli üçün daha yüksək instansiyalara müraciət etməyə vadar edir.

Xanım Musayeva

TodayPress TV

NEWS FEED
24 JUNE 2026
Kardiomeqaliya nədir? Ürəyin böyüməsinin səbəbləri və idarə olunması 16:44 AccessBank yaranan problemlə bağlı müştərilərinə xəbərdarlıq etdi 16:40 Daha sağlam və parlaq dəri üçün gündəlik qulluq vərdişləri 16:30 “M10”la əməkdaşlıq bitəndən sonra ABB müştərilərinin pulları niyə yoxa çıxdı? 16:30 Yaşlı əhalinin regionlar üzrə paylanması açıqlandı 16:30 Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapıldı 16:15 Pakistanın Azərbaycandakı səfirliyi bu tarixlərdə işləməyəcək 15:53 Azərbaycanlı ABŞ-nin hərbi attaşesi təyin edildi – FOTO 15:48 ABB hesablarında problem: Kartlardan əlavə vəsaitlər silinir 15:34 Zelenski Putinlə danışıqları TƏLƏB edir, təklif etmir 15:27 Qolu Amerikada atır, "time out"u Kanadada keçirir — İranın başına gələn müsibətlər 15:22 Müasir gənclər niyə əvvəlki nəsildən 2 dəfə cavan görünür? SİRR AÇILDI 15:16 Ərdoğan ifşa etdi: Türklər, kürdlər, ərəblər və farslar hədəfdə imiş! 15:02 Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı oldu 15:04 Prezident Numan Kurtulmuşu qəbul etdi 14:49 Kolumbiyalı yarımmüdafiəçi “Araz-Naxçıvan”da 14:31 Sidik yolu infeksiyası: Necə yaranır, əlamətləri nələrdir və necə müalicə olunur? 14:26 Ağacəkmə mərasimində səmimi anlar: Pezeşkian Pakistan rəsmilərini necə təəccübləndirdi? - VİDEO 14:19 Rusiyanın dilindən Zəngəzur dəhlizi düşmür - Vəziyyət gərginləşir 14:18 Sosial şəbəkə ilə terror göstərişi verən silahlı vuruldu 14:11 Qərb Rusiyanı artıq dəfn edib, Moskva isə tabutu başqası üçün hazırladığını açıqladı 14:09 Tramp İranı borclu çıxarır, amma özü borc ödəyir 14:02 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti ucuzlaşdı 14:00 Hantavirus ölkələri qarışdırdı — 42 gün sonra... 13:56 Sərnişin var, vaqon yox - Qatar biletləri niyə çatmır? 13:54 All News