Ali Məhkəmə: Bankın müflis elan olunması ödəniş tapşırıqları üzrə öhdəliklərin icrasını aradan qaldırmır

Ali Məhkəmə: Bankın müflis elan olunması ödəniş tapşırıqları üzrə öhdəliklərin icrasını aradan qaldırmır
13.01.2026 10:40 Hadisə

Ali Məhkəmənin Kommersiya kollegiyası müflis elan olunmuş bankla bağlı ödəmə tapşırıqlarından irəli gələn mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə TodayPress TV-yə məhkəmədən məlumat verilib.

Bildirilib ki, iş iddiaçı ASC-nin cavabdeh banka təqdim etdiyi ödəmə tapşırıqlarının icra edilməməsi ilə bağlıdır. İddiaçı həmin vəsaitlərin tutulması tələbi ilə məhkəməyə müraciət edib və birinci instansiya məhkəməsi iddianı qiyabi qətnamə ilə təmin edib. Sonradan cavabdeh bankın müflis elan olunması əsas gətirilərək qiyabi qətnamə ləğv edilib və iş üzrə icraata xitam verilib. Birinci və apellyasiya instansiya məhkəmələri bu mövqeni onunla əsaslandırıb ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra banka qarşı bütün məhkəmə icraatları dayandırılır və bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülə bilər.

Lakin Ali Məhkəmə bu mövqe ilə razılaşmayıb. Məhkəmə kollegiyası bildirib ki, müflis banka qarşı irəli sürülən iddialar bankın bilavasitə bank fəaliyyəti ilə bağlı iddialar və bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyətlə bağlı iddialar olmaqla, iki qrupa bölünür Yalnız birinci qrupa aid olan, yəni kreditor tələbləri iflas proseduru çərçivəsində baxılmalı, ikinci qrupa aid olan mübahisələr isə ümumi iddia icraatı qaydasında məhkəmələr tərəfindən araşdırılmalıdır.

Ali Məhkəmə müəyyən edib ki, baxılan iş bankın kreditor tələbləri ilə bağlı deyil. Mübahisə iddiaçının öz hesablarında olan vəsaitlərin bank tərəfindən icra edilməmiş ödəmə tapşırıqları ilə əlaqədardır. Həmçinin bu ödəmə tapşırıqları verildiyi vaxt cavabdeh bank hələ müflis elan olunmamışdır. Bu səbəbdən iddiaçının tələbləri "Banklar haqqında" Qanunun 73.1 və 73.1.1-ci maddələri ilə tənzimlənir.

Ali Məhkəmə vurğulayıb ki, bankın müflis elan olunması ilə bağlı məhdudiyyətlər bu cür münasibətlərə şamil edilmir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilib, ASC-nin kassasiya şikayəti təmin olunub.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 All News