33 ildən sonra itkin-şəhid doğma kəndində dəfn olundu
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Kamalov Bahadur Məhəmməd oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, bu gün şəhidlə vida mərasimi keçirilib.
Şəhidin qalıqları Kəlbəcər rayonunun Zar kəndində dəfn olunub.
Qeyd edək ki, Kamalov Bahadur Məhəmməd oğlu 1937-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub.
1993-cü il aprelin 5-də Kəlbəcər rayonu, Murovdağ silsiləsində itkin düşüb.