Türk dünyasının ÜDM-i 5,4 trilyon dolları ötür — Deputat

Türk dünyasının ÜDM-i 5,4 trilyon dolları ötür — Deputat
02.04.2026 17:00 Gündəm

“Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin baş nazirlərinin ikinci görüşü başlayıb. TDT nəinki regionda, bütövlükdə bir sıra qlobal məsələlərdə xüsusi mövqeyə malik qurumlardandır”.

Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


Deputat bildirib ki, 2,1 trilyon nominal ÜDM-ə malik olan Türk dünyası yeni regional əməkdaşlıq modelidir və kifayət qədər geniş, strateji baxımdan vacib coğrafiyada təşkilat çərçivəsində ünvanlı və sistemli əməkdaşlıq həyata keçirilir:

“Əgər Türk ölkələri vahid iqtisadi blok olsaydı, o zaman alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı”.

Onun sözlərinə görə, Türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərə alınmaqla ÜDM-i 5 trilyon 476 milyard dollardır:

“Alıcılıq qabiliyyəti nəzərə alınmaqla Türk dünyasında adambaşına düşən ÜDM 31 min dollardan çoxdur”.

Deputat vurğulayıb ki, Türk dünyası bütövləşir, əməkdaşlıq edir və inkişaf edir:

“Türk dövlətləri indiki qədər heç zaman bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 All News