Trampın "Epşteyn qalxanı": Gündəmi dəyişdirən "Maduro" həmləsi

Trampın "Epşteyn qalxanı": Gündəmi dəyişdirən "Maduro" həmləsi
05.01.2026 11:55 Gündəm

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris Donald Trampın Venesuela Prezidenti Nikolas Maduroya qarşı keçirdiyi əməliyyatı kəskin tənqid edib. O bildirib ki, Maduro qəddar diktator olsa da, bu fakt əməliyyatın qanunsuz və yanlış olmasını dəyişmir. Harrisə görə, Trampın addımları demokratiya və ya narkotiklə mübarizə ilə deyil, neft maraqları və regional liderlik ambisiyası ilə bağlıdır. O vurğulayıb ki, bu cür müdaxilələr xaosa səbəb olur və nəticədə Amerika ailələri bunun bədəlini ödəyir.

Bəs bu hadisə Trampa qarşı ölkədə kütləvi narazılıq yarada bilərmi?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Tramp Maduronu həbs etməklə nüfuzunu qoruyur və siyasi üstünlüyünü gücləndirir:


"Trampın Venesuela prezidenti Maduronu həbs etməsi iki əsas məqsədə xidmət edir. Bir tərəfdən Trampın nüfuzuna ciddi zərbə vurmuş və vurmaqda davam edən Epşteyn qalmaqalını unutdurmaq, onu kölgədə qoymaq, digər tərəfdən isə ilin sonunda keçiriləcək seçkilərdə Nümayəndələr Palatasında və Senatda çoxluğu qoruyub saxlamaq".

Ekspert qeyd edib ki, Tramp ədaləti, nefti və narkotiklə mübarizəni əsas məqsəd göstərir:


"Tramp ədaləti bərpa etdiyini iddia edir. O bildirir ki, 50 il əvvəl Qərb neft şirkətləri, o cümlədən ABŞ-nin  iri neft şirkətləri Venesuelada fəaliyyət göstərib və sonradan onların əllərindən alınaraq milliləşdirilmiş neft sahələrini sahiblərinə qaytarmaqla ədaləti bərpa edir. Digər tərəfdən narkotiklərin yayılmasına qarşı mübarizə apardığını deyir, Amerikanın dövlət maraqlarını düşündüyünü vurğulayır. “Növbədə Qrenlandiya var, bu bizim təhlükəsizlik məsələmizdir”, – deyir. Dövlət katibi isə Kubanın növbədə olduğunu bildirir".

O, vurğulayıb ki, bir məsələ aydındır: ABŞ-nin  yeni milli təhlükəsizlik strategiyasında açıq şəkildə göstərilir ki, Amerika qitəsi ABŞ-nin  təsir zonasıdır və buraya heç bir dövlət müdaxilə edə bilməz. Monro doktrinasının davamı kimi yeni milli təhlükəsizlik strategiyası qəbul olunub.

"Bu isə kifayət qədər təhlükəli bir vəziyyətdir. Çünki ABŞ digər bölgələrdə əvvəlki qədər fəal olmayacaqlarını açıqlayır və bu, başqa dövlətləri həvəsləndirə bilər. ABŞ Venesuelanı ələ keçirirsə, Rusiya niyə keçmiş Sovet İttifaqına daxil olmuş hansısa dövləti ələ keçirməsin, yaxud Çin niyə Tayvanı işğal etməsin? Çox təhlükəli proseslər gedir və bu, müəyyən qədər bizim üçün də risk yaradır".

Abutalıb Səmədov sonda əlavə edib ki, ABŞ-də Venesuela əməliyyatı hələ narazılıq yaratmayıb:

"Bununla belə, ABŞ daxilində bu hadisələr hələlik ciddi narazılıq doğurmayacaq. Hadisələrin sonrakı gedişi göstərəcək ki, Venesuela hadisəsi və onun ardınca gələ biləcək addımlar Trampın nüfuzuna necə təsir edəcək. Ölkədə kütləvi narazılıq yaranıb-yaranmayacağı zamanla bəlli olacaq. Ancaq bir şey aydındır ki, hələlik belə bir narazılığın yaranma ehtimalı yüksək deyil". 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 All News