Sənədsiz evlər problemi böyüyür – həll niyə gecikir?

Sənədsiz evlər problemi böyüyür – həll niyə gecikir?
17.04.2026 21:20 Gündəm

"Son həftələrdə baş verən sel və subasmalar fərdi evlərdəki sənədsiz tikililər problemini yenidən gündəmə gətirib. Müxtəlif təxmini rəqəmlər 500 mindən 700 minə qədər dəyişsə də, real göstərici daha yüksək ola bilər". 

Bunu TodayPress TV-yə açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.

Onun sözlərinə görə, real rəqəm daha da yüksəkdir:

"Xüsusilə kəndlərdə torpaqların kənd təsərrüfatı təyinatlı olması səbəbindən evlərin böyük əksəriyyətində sənəd yoxdur. Bu problemlər son 100 il ərzində müxtəlif dövrlərdə yaranıb və indi böyük bir yığılma əmələ gəlib. 2015-ci ildə Prezident İlham Əliyevin 324 və ya 325 nömrəli Qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sənədsiz əmlakların müəyyən siyahı üzrə çıxarış vermək tapşırılıb. Son bir ildə bu siyahılar genişləndirilib və müəyyən irəliləyiş var".

Ekspert problemləri kateqoriyalara bölür. Bunlar ilkin sənədləri olan evlər, tikinti zamanı müəyyən sənədləri olan evlər, qismən sənədli evlər və ümumiyyətlə heç bir sənədi olmayan evlərdir (əksəriyyəti kənd təsərrüfatı torpaqlarında).

"Bir həftə əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi açıqladı ki, kanalizasiya boruları və kollektorların üzərində 1600 ev tikilib. Dövlət qurumu bunu bilir, həmin evlərə su və kanalizasiya xətti verib, abonent kodu açıb. Yəni qurumlar özləri qanunsuz tikiliyə şərait yaradıb. 2022-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyi birgə brifinq keçirərək vahid portal vasitəsilə bütün qanunsuz tikililərin qeydiyyata alınması konsepsiyasının hazırlandığını bildirib. Lakin 3 il keçməsinə baxmayaraq, ciddi irəliləyiş qeydə alınmayıb".

Mütəxəssis vurğulayıb ki, müəyyən kateqoriyalara amnistiya tətbiq olunmayacaq:

* Mühafizə zolaqlarına düşən evlər (kanalizasiya, su xətləri)

* Dəmir yolu xəttindən 60 metrədək məsafədə olan tikililər

* Digər qadağan olunmuş mühafizə zonalarında yerləşən evlər

Elnur Azadov qeyd edib ki, bu problemin həlli üçün vahid dövlət konsepsiyasına və konkret vaxt cədvəlinə ehtiyac var. Hazırda isə proses çox yavaş gedir.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 All News