Trampın "Epşteyn qalxanı": Gündəmi dəyişdirən "Maduro" həmləsi

Trampın "Epşteyn qalxanı": Gündəmi dəyişdirən "Maduro" həmləsi
05.01.2026 11:55 Gündəm

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris Donald Trampın Venesuela Prezidenti Nikolas Maduroya qarşı keçirdiyi əməliyyatı kəskin tənqid edib. O bildirib ki, Maduro qəddar diktator olsa da, bu fakt əməliyyatın qanunsuz və yanlış olmasını dəyişmir. Harrisə görə, Trampın addımları demokratiya və ya narkotiklə mübarizə ilə deyil, neft maraqları və regional liderlik ambisiyası ilə bağlıdır. O vurğulayıb ki, bu cür müdaxilələr xaosa səbəb olur və nəticədə Amerika ailələri bunun bədəlini ödəyir.

Bəs bu hadisə Trampa qarşı ölkədə kütləvi narazılıq yarada bilərmi?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Tramp Maduronu həbs etməklə nüfuzunu qoruyur və siyasi üstünlüyünü gücləndirir:


"Trampın Venesuela prezidenti Maduronu həbs etməsi iki əsas məqsədə xidmət edir. Bir tərəfdən Trampın nüfuzuna ciddi zərbə vurmuş və vurmaqda davam edən Epşteyn qalmaqalını unutdurmaq, onu kölgədə qoymaq, digər tərəfdən isə ilin sonunda keçiriləcək seçkilərdə Nümayəndələr Palatasında və Senatda çoxluğu qoruyub saxlamaq".

Ekspert qeyd edib ki, Tramp ədaləti, nefti və narkotiklə mübarizəni əsas məqsəd göstərir:


"Tramp ədaləti bərpa etdiyini iddia edir. O bildirir ki, 50 il əvvəl Qərb neft şirkətləri, o cümlədən ABŞ-nin  iri neft şirkətləri Venesuelada fəaliyyət göstərib və sonradan onların əllərindən alınaraq milliləşdirilmiş neft sahələrini sahiblərinə qaytarmaqla ədaləti bərpa edir. Digər tərəfdən narkotiklərin yayılmasına qarşı mübarizə apardığını deyir, Amerikanın dövlət maraqlarını düşündüyünü vurğulayır. “Növbədə Qrenlandiya var, bu bizim təhlükəsizlik məsələmizdir”, – deyir. Dövlət katibi isə Kubanın növbədə olduğunu bildirir".

O, vurğulayıb ki, bir məsələ aydındır: ABŞ-nin  yeni milli təhlükəsizlik strategiyasında açıq şəkildə göstərilir ki, Amerika qitəsi ABŞ-nin  təsir zonasıdır və buraya heç bir dövlət müdaxilə edə bilməz. Monro doktrinasının davamı kimi yeni milli təhlükəsizlik strategiyası qəbul olunub.

"Bu isə kifayət qədər təhlükəli bir vəziyyətdir. Çünki ABŞ digər bölgələrdə əvvəlki qədər fəal olmayacaqlarını açıqlayır və bu, başqa dövlətləri həvəsləndirə bilər. ABŞ Venesuelanı ələ keçirirsə, Rusiya niyə keçmiş Sovet İttifaqına daxil olmuş hansısa dövləti ələ keçirməsin, yaxud Çin niyə Tayvanı işğal etməsin? Çox təhlükəli proseslər gedir və bu, müəyyən qədər bizim üçün də risk yaradır".

Abutalıb Səmədov sonda əlavə edib ki, ABŞ-də Venesuela əməliyyatı hələ narazılıq yaratmayıb:

"Bununla belə, ABŞ daxilində bu hadisələr hələlik ciddi narazılıq doğurmayacaq. Hadisələrin sonrakı gedişi göstərəcək ki, Venesuela hadisəsi və onun ardınca gələ biləcək addımlar Trampın nüfuzuna necə təsir edəcək. Ölkədə kütləvi narazılıq yaranıb-yaranmayacağı zamanla bəlli olacaq. Ancaq bir şey aydındır ki, hələlik belə bir narazılığın yaranma ehtimalı yüksək deyil". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Bütün Xəbərlər