Rusiya Abbas Abbasovu Azərbaycana təhvil verəcək? - Açıqlama

Rusiya Abbas Abbasovu Azərbaycana təhvil verəcək? - Açıqlama
16.12.2025 17:51 Gündəm

“Ramiz Mehdiyev işi” çərçivəsində baş nazirin sabiq birinci müavini Abbas Abbasova da cinayət işi açılıb və barəsində axtarış elan olunub.  Xatırladaq ki, Abbas Abbasov 2006-cı ildən Rusiyada yaşayır və Rusiyanın bir sıra hakimiyyət dairələri ilə yaxın olduğu barədə zaman-zaman xəbərlər yayılıb. Bəs Rusiya Abbas Abbasovu Azərbaycana təhvil verəcək?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Abbas Abbasovla bağlı Rusiya tərəfinə rəsmi müraciət olunacaq: 

"Bu məsələ ilə bağlı hər hansı proqnoz vermək doğru olmaz, çünki artıq istintaqın gəldiyi nəticələr əsasında Abbas Abbasov barəsində cinayət işi başlanıb və o, axtarışa verilib. Azərbaycan ilə Rusiya arasında hüquqi yardım haqqında müqavilə mövcuddur və bu sənəd hər iki ölkənin ədliyyə nazirləri tərəfindən imzalanıb. Məhz həmin müqavilə əsasında rəsmi müraciət ediləcək".

Parlamentari vurğulayıb ki, bu, qarşılıqlı hüquqi öhdəlikdir və Rusiya onun şərtlərinə əməl etməlidir:

"Rusiya tərəfi prinsip etibarilə bu öhdəliklərə əməl etməlidir. Çünki gələcəkdə Rusiyanın özü də axtarışda olan şəxslərlə bağlı Azərbaycana müraciət edə bilər və bu halda Azərbaycan da eyni hüquqi mexanizmlərə əsaslanacaq. Bu, qarşılıqlı hüquqi yardım mexanizmidir və onun şərtlərinə riayət olunmalıdır. Ehtimal etmək olar ki, Rusiya tərəfi də məsələyə anlayışla yanaşacaq".

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 All News