Məktəblərdə təhlükəsizlik sistemi niyə işləmir? – RƏY

Məktəblərdə təhlükəsizlik sistemi niyə işləmir? – RƏY
06.02.2026 15:40 Gündəm

“İdrak liseyində baş verən silahlı insident ağrılı hadisədir”.

Bu fikirləri təhsil eksperti Elçin Əfəndi TodayPress TV-yə danışarkən deyib.


Onun sözlərinə görə, bu cür hallar indiyə qədər daha çox filmlərdə və ya xarici ölkələrdəki kriminal hadisələrdə müşahidə olunurdu. Lakin belə bir insidentin ölkə daxilində, təhsil müəssisəsində baş verməsi təhlükəsizlik və məsuliyyət məsələlərini yenidən gündəmə gətirib:

"Burada bir neçə tərəfin məsuliyyəti var: valideynin, şagirdin, müəllimin və təhsil müəssisəsinin. Baş verənlər göstərir ki, bu zəncirin bütün həlqələrində müəyyən məsuliyyətsizlik mövcuddur. Əvvəlki dövrlərdə müəllim nüfuzu və avtoriteti daha yüksək idi. Hazırda isə bəzi şagirdlərdə müəllimlərə qarşı aqressiya müşahidə olunur. Bunun səbəbləri arasında kriminal aləmin müəyyən şəxslərinin gənclər üçün “nümunə” kimi təqdim olunması, müəllim üzərinə artan psixoloji və inzibati təzyiqlər göstərilir. Bu aqressiyanın nəticəsi isə bəzən faciəvi hadisələrlə üzə çıxır".

Ekspert vurğulayıb ki, lisey rəhbərliyinin silahın şagirdin çantasında gətirilməsi ilə bağlı açıqlaması təhlükəsizlik sistemində ciddi boşluqların olduğunu göstərir:

"İndi sual çıxır ortaya ki, tüfəng liseyə necə keçib? Burada bir neçə problem açıq şəkildə görünür: təhsil müəssisəsinin təhlükəsizlik nəzarətinin zəifliyi, mühafizə xidmətinin fəaliyyətində boşluqlar, kamera və giriş-çıxışa nəzarət sistemlərinin, eləcə də "X-ray" tipli yoxlama mexanizmlərinin olmaması və ya effektiv işləməməsi".

Elçin Əfəndi valideyn məsuliyyətinə də xüsusi diqqət çəkib. O bildirib ki, valideyn övladının məktəbə nə apardığından xəbərdar olmalıdır:

"Əgər evdə odlu silah varsa, bu silah uşağın əli çatacaq yerdə saxlanmamalı, onunla bağlı ciddi məhdudiyyətlər tətbiq edilməlidir. Valideyn diqqətsizliyi ağır nəticələrə səbəb ola bilər. Artıq bəzi universitetlərdə və məktəblərdə müəyyən addımlar atılır. Bir sıra təhsil ocaqlarında pilot layihə çərçivəsində Daxili İşlər Nazirliyinin Mühafizə Polisi fəaliyyət göstərir, bəziləri isə özəl mühafizə şirkətləri ilə əməkdaşlıq edir. Lakin buna baxmayaraq, həm dövlət, həm də özəl sektor üzrə fəaliyyət göstərən bəzi təhsil müəssisələrində hələ də ciddi təhlükəsizlik boşluqları qalır".

O hesab edir ki, İdrak liseyində baş verən bu hadisə bütün təhsil müəssisələri üçün ciddi dərs və xəbərdarlıq olmalıdır. Mütəxəssis qeyd edib ki, təhlükəsiz təhsil mühitinin yaradılması üçün təcili və prinsipial qərarlar qəbul edilməli, bu cür risklərin təkrarlanmasına yol verilməməlidir.

Türkan İsgəndərli

NEWS FEED
01 AUGUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 All News