Samirə Bağırova Şərurlu İsfəndiyarı SƏRT TƏNQİD ETDİ: “Qanuni arvadın üzərinə arvad alan...”

Samirə Bağırova Şərurlu İsfəndiyarı SƏRT TƏNQİD ETDİ: “Qanuni arvadın üzərinə arvad alan...”
15.12.2025 17:58 Gündəm

Psixoloq Samirə Bağırova “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun “iki xanımı var və hər ikisi xoşbəxtdir, bütün münasibətlər pul üzərində qurulur” fikirlərinə sərt münasibət bildirib.

O, TodayPress TV-yə ilk növbədə bu tip şəxslərin mediada qabardılmasını tənqid edib.

Psixoloqun sözlərinə görə, cəmiyyətimizdə “iş adamı”, “pullu adam” ifadəsi eşidilən kimi bəzi aparıcı və jurnalistlərin onun ardınca qaçması anlaşılmazdır:

"İş adamıdır, lap yaxşı. Amma bu, onu avtomatik olaraq dahi və ya cəmiyyət üçün örnək şəxs etmir. Orta məktəb təhsili olmayan, qanuni arvadın üzərinə arvad alan və "pul hər şeyi ala bilər" düşüncəsini təbliğ edən bir şəxsin cəmiyyətə dəyər kimi təqdim olunması ciddi problemdir. Bu yanaşmada dəyər yoxdur, yalnız qiymət var. Qarşısındakını insan kimi deyil, funksiya kimi görən bir düşüncə modelindən söhbət gedir".

Mütəxəssis iş adamının ikinci həyat yoldaşı ilə bağlı söylədiyi fikirlərə də toxunaraq bildirib ki, bu cümlələri "maskalamağa" ehtiyac yoxdur:

"İkinci arvadının atası da, dediyi kimi dərman içib qızı verib, yəni “qızını mənə satıb“ desə , cümləni maskalamağa ehtiyac olmayacaq. Bu, "O olmasın, bu olsun" filmindəki Məşədi İbad obrazının 2025-ci ildəki formasıdır. Burada münasibətdən yox, alverdən danışılır. Bu cür müsahibələrin yayımlanması qadın xoşbəxtliyinin pulla ölçülməsi ideyasını legitimləşdirir. "Mən təmin edirəm, deməli haqlıyam" yanaşması emosional zorakılığın yumşaq formasıdır. Bu nə münasibət fəlsəfəsidir, nə gənclərə təqdim olunacaq nümunədir, nə də uğur göstəricisi".

Samirə Bağırova vurğulayıb ki, bu tip açıqlamalar psixoloji baxımdan kasıb, narsistik düşüncə modelinin, patriarxal güc dilinin və şəxsi travmaların pulla kompensasiyasının göstəricisidir:

"Bu gün gender bərabərliyindən, qadın hüquqlarından danışırıqsa, cəmiyyət maddiyyatdan çox mənəviyyata üstünlük verən mövzularla inkişaf etməlidir. Bir jurnalist, bir aparıcı, hətta bir həkim çıxıb savadsızlığı bir kənara, mənəviyyatdan uzaq fikirlərin təbliğatını edirsə, bu artıq ciddi suallar doğurur. İnkişaf etmiş ölkələrdə iş adamları şəxsi həyatları və sərvətləri ilə deyil, cəmiyyətə verdikləri töhfə ilə tanınırlar. Bu şəxs hansı xeyriyyəçilik fəaliyyəti ilə, hansı sosial məsuliyyət layihəsi ilə, hansı təhsil, səhiyyə və ya mədəniyyət təşəbbüsü ilə önə çıxıb? Hansı laboratoriyanı yaradıb, hansı xarici mütəxəssisi dəvət edib ki, gənclər daha çox bilik əldə etsin? Bu cür iş adamlarının şəxsi həyatlarını reklam etməkdə jurnalistlərin məqsədi nədir?".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Bütün Xəbərlər