Böyük zəfərin əsasını təşkil edən gündən 10 il ötür...

Böyük zəfərin əsasını təşkil edən gündən 10 il ötür...
02.04.2026 13:25 Gündəm

“Aprel döyüşlərinin başlanmasından 10 il ötür. Bu şanlı tarix Azərbaycan Ordusunun gücünü, xalqımızın iradəsini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirən mühüm mərhələ kimi yaddaşlara həkk olunub”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov bunu TodayPress TV-yə açıqlamasında deyib.


O xatırladıb ki, 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı:

“Qısa müddət ərzində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində strateji əhəmiyyətə malik yüksəkliklər və yaşayış məntəqələri işğaldan azad olundu. Bu qələbə ordumuzun peşəkarlığını və döyüş qabiliyyətini bir daha sübut etdi. Aprel döyüşləri təkcə hərbi uğur deyildi. Bu döyüşlər xalqımızın ruhunu yüksəltdi, işğal altında olan torpaqlarımızın azad olunacağına olan inamı daha da möhkəmləndirdi. Məhz bu inam və birlik sonradan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfərin əsasını təşkil etdi. Vurğulamaq lazımdır ki, Aprel döyüşləri zamanı şəhid olan qəhrəman hərbçilərimiz Vətən uğrunda canlarını fəda edərək tarix yazdılar. Onların göstərdiyi igidlik və fədakarlıq heç zaman unudulmayacaq, əziz xatirələri daim ehtiramla yad ediləcəkdir”.

Parlamentari, həmçinin bu döyüşlərin Azərbaycan dövlətinin gücünü, ordumuzun modernləşmə siyasətinin uğurlu nəticələrini və Ali Baş Komandanın qətiyyətli rəhbərliyini aydın şəkildə ortaya qoyduğunu vurğulayıb:


“Bu gün Aprel döyüşlərini anarkən bir daha anlayırıq ki, həmin günlər Böyük Qələbəyə aparan yolun başlanğıcı idi. Azərbaycan xalqı öz birliyi, dövləti və ordusu ilə tarix yazdı və bu tarix gələcək nəsillər üçün qürur mənbəyidir.

Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 All News