Bakı buna HAZIR OLMALIDIR! - Millət vəkili açıqladı

Bakı buna HAZIR OLMALIDIR! - Millət vəkili açıqladı
12.01.2026 13:37 Gündəm

Amerikalı analitik Lyuk Koffi “X” platformasında Azərbaycan bayrağı ilə birlikdə “Be prepared” (“Hazır olun”) mesajını paylaşıb. 

Maraqlıdır, Lyuk Koffi bununla nə demək istəyib?  

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Birləşmiş Ştatlarda böyük nüfuza malik olan bu tədqiqatçının niyə məhz belə bir addım atması və bu mesajla nə demək istədiyi ciddi müzakirə səbəbidir:  

"Bu yanaşma müxtəlif versiyaları ortaya çıxara bilər. Əvvəla, analitik Azərbaycana münasibətdə həmişə ardıcıl, sistemli, praqmatik və obyektiv mövqe nümayiş etdirib. O, Azərbaycanın regiondakı yerini və rolunu yüksək qiymətləndirib, xüsusilə Azərbaycanın Trans-Xəzər və Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşdiyini, coğrafi mövqeyi baxımından strateji əhəmiyyət kəsb etdiyini dəfələrlə vurğulayıb".

Onun sözlərinə görə, belə bir tanınmış tədqiqatçının, ABŞ-nin  aparıcı analitiki və hakimiyyət dairələri ilə sıx əlaqəsi olan şəxsin belə bir mesaj verməsi bir neçə versiya ilə izah oluna bilər:

"Mən xüsusilə üç versiyanı qeyd etmək istərdim. Birinci Versiya: ABŞ-Azərbaycan Strateji Tərəfdaşlığı: Birləşmiş Ştatların Cənubi Qafqazda Azərbaycanın rolunu yüksək qiymətləndirməsi və regionda mövqeyini möhkəmlətmək üçün həlledici addımlar atmağa hazırlaşması anlamına gəlir. Bu halda Azərbaycan ABŞ üçün strateji əhəmiyyətini artırır. Yaxın zamanlarda ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması planlaşdırılır və bununla bağlı işçi qruplar intensiv fəaliyyət göstərir. Artıq ikitərəfli münasibətlərin siyasi-ideoloji əsasları formalaşıb və ardınca praktiki addımların atılması labüddür".

Analitik qeyd edib ki, xüsusilə Zəngəzur dəhlizi və Trans marşrutla bağlı ABŞ artıq konkret işlərə başlamağa hazır görünür. Ermənistan hakimiyyət dairələrində də belə məlumatlar mövcuddur. Fevraldan etibarən ABŞ-dən yüksək rütbəli rəsmilərin Ermənistana səfəri gözlənilir. Bu, regiona ABŞ-nin artan marağını və Azərbaycanın önəmli tərəfdaş olduğunu göstərir. Eyni zamanda, bu, Rusiya və İran kimi regiondakı digər oyunçular üçün xəbərdarlıqdır.

E.Nəsirov əlavə edib ki, İkinci versiya Rusiyanın güc faktorudur: 

""Hazır ol" mesajı həm də Azərbaycanın üzləşə biləcəyi Rusiyadan təzyiq və hərbi fəaliyyətlərin artması ilə bağlı ola bilər. Bir neçə gün əvvəl Rusiya telekanallarından biri, Vladimir Solovyov, Ukraynaya qarşı sərt zərbələrdən danışdı və post-sovet məkanına dair Rusiyanın hərbi addımlar atmasını önə çəkdi. Bu kontekstdə ABŞ Rusiyaya yaşıl işıq yandırmış kimi görünür. "Hazır ol" mesajı yeni qarşıdurmaların və mümkün kataklizmlərin xəbərdarlığı kimi qiymətləndirilə bilər".

Parlamentari diqqətə çatdırıb ki, üçüncü versiya İrandakı daxili gərginliklə bağlıdır:

"Mesaj İranda baş verən son inqilabi proseslərlə də bağlıdır. Son 47 ildə İran ilk dəfə ciddi siyasi böhran yaşayır. Ölkədə inflyasiya və qiymətlərin bahalaşması iqtisadi təzyiqlərə, nəticədə isə siyasi gərginliyə çevrilib. Birləşmiş Ştatlar İran xalqını dəstəkləməyə qərar versə, regionda hərbi müdaxilə və zərbələr gündəmə gələ bilər. Azərbaycanın ərazisində də etiraz dalğaları (Təbriz, Ərdəbil, Urmiya, Zəncan və s.) müşahidə olunur. Bu vəziyyətdə Azərbaycan yeni situasiyaya hazır olmalıdır".

Deputat sonda əlavə edib ki, yekun olaraq Azərbaycan bayrağı fonunda “hazır ol” mesajı Vaşinqtonun Cənubi Qafqazda möhkəmlənməsi anlamındadır və Azərbaycanın adı çəkilir, çünki Azərbaycan həlledici dövlətdir. Digər tərəfdən, Rusiya amili və İranda baş verənlər fonunda Azərbaycanla bağlı bu mövqe ifadə edilə bilər.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
30 JULY 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 All News