Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin

Afrikada yeni İsrail qurulur  - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin
22.06.2026 19:50 Gündəm

İsrail özünü müstəqil elan etmiş Somalilend regionunu tanıdıqdan qısa müddət sonra bölgəyə təxminən 50 hərbi qulluqçu göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə Somalinin "Hiiraan Online" portalı ölkə rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, bu məlumatlar Somalinin kəşfiyyat hesabatlarında yer alıb. Mənbə iddia edir ki, Somalilendə göndərilmək üçün əsasən Afrika mənşəli, xüsusən də efiopiyalı hərbçilər seçilib ki, onlar diqqət cəlb etməsinlər və yerli sakinlər arasında seçilməsinlər.

Bundan əvvəl, "Reuters" agentliyi Somalilendin müdafiə naziri Məhəmməd Yusif Əliyə istinadən məlumat yaymışdı ki, İsrailin regionda hərbi bazaları yoxdur, lakin yerli polis əməkdaşlarının və hərbi qulluqçuların hazırlanmasında köməklik göstərir. Nazir həmin vaxt İsrail hərbi bazasının yaradılması ilə bağlı danışıqlar aparılması barədə xəbərləri şayiə adlandırmışdı.

Qeyd edək ki, Ədən körfəzi sahilində yerləşən Somalilend 1991-ci ildə birtərəfli qaydada Somalidən müstəqilliyini elan edib. BMT və ölkələrin mütləq əksəriyyəti bu ərazini Somalinin tərkib hissəsi kimi nəzərdən keçirməkdə davam edir.

2025-ci il dekabrın 26-da İsrailin Baş naziri Benyamin Netanyahu Somalilendin müstəqil və suveren dövlət kimi tanındığını elan edib.

Hazırda İsrail Somalilendin dövlət müstəqilliyini tanıyan yeganə BMT üzvü olan ölkədir.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
22 JUNE 2026
Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev 21:56 Qalıq yanacaq dövrü bitir? - İranla bağlı enerji gərginliyi elektrikləşməni sürətləndirir 22:19 Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi 21:53 Türkiyə vətəndaşlarının yaralandığı hücumun pərdəarxası: Kiyev səfirliyi və Odessa konsulluğu hərəkətə keçdi 21:57 Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü 20:53 Messi öz rekordunu yenilədi 21:36 Azərbaycan üzərindən Ermənistana gübrə tranziti həyata keçiriləcək 21:41 Sabah bu ərazilərdə işıq kəsiləcək 21:09 Brüsseldən qəfil qərar: və London arasındakı tarixi sammit təxirə salındı 20:34 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər 20:57 İran nümayəndə heyəti ikitərəfli əməkdaşlıq üçün Omana getdi 20:28 Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək 20:39 Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi 19:50 Brüsseldən qəti bəyanat: "Biz vasitəçi deyilik, Ukraynanın tərəfindəyik" 19:46 Kəşfiyyat rəsmisi xəbərdarlıq etdi: Rusiyanın mülki gəmiləri hədəf almasının əsl məqsədi... 19:37 Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin 19:29 İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi 19:40 Bəhreyn, Küveyt, BƏƏ... - Rubionun Körfəz səfərində nələr müzakirə ediləcək? 19:26 Ukraynadan sonra növbəti ən böyük yardımı alan ölkə bəlli oldu 19:21 Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı 19:04 Sürücü və sərnişinlərə təcili XƏBƏRDARLIQ - Bakının bu qəsəbəsində yollar bağlanır! 19:01 "Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası" təsdiqləndi 18:56 Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək 18:54 Əhməd əl-Şaraa Trampın iddialarını qəti şəkildə rədd etdi 18:26 İslam dünyasının parlamenti Bakıda toplandı: İlk gündən qlobal mesajlar 18:29 All News