32 il öncə QANA BULANAN yeraltı: Hədəfdə təkcə metro deyildi…

32 il öncə QANA BULANAN yeraltı: Hədəfdə təkcə metro deyildi…
19.03.2026 13:13 Gündəm

1994-cü ilin 19 martı, saat 13:00... 32 il öncə Bakı baharın gəlişinə, Novruz bayramına hazırlaşırdı, lakin həmin gün qana bulandı...

Bakı metrosunda QANLI MART: Nə baş verdi?

1994-cü il martın 19-da Bakı metropoliteninin "20 Yanvar" stansiyasında törədilmiş terror aktından 32 il keçir. Həmin gün onlarla ailənin bayram sevincinin matəmə çevirildiyi gündür. Qatar stansiyada dayandığı, qapıların açılıb-bağlandığı o bir neçə saniyəlik zaman kəsiyində birinci vaqona yerləşdirilmiş saat mexanizmli bomba işə düşdü. Gurultu bütün stansiyanı lərzəyə gətirdi, saniyələr içində hər tərəfi qatı tüstü və yanıq qoxusu bürüdü. İnsanlar nə baş verdiyini anlamadan özlərini qan gölməçələrinin içində tapdılar. Bu, texniki bir qəza yox, dinc insanlara qarşı qabaqcadan planlaşdırılmış amansız bir qəsd idi. Nəticədə 14 nəfər həlak oldu, 49 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.  


Yarımçıq qalan nəğmə...

Həmin gün Azərbaycan mədəniyyəti də ağır zərbə aldı. Partlayış nəticəsində həlak olan 14 nəfərdən biri də görkəmli bəstəkar, Azərbaycan caz musiqisinin ulduzu, Xalq artisti Rafiq Babayev idi. Erməni terrorçularının qurduğu ölüm tələsi onun musiqisini yarımçıq, sevənlərini isə gözüyaşlı qoydu. Rafiq Babayevin ölümü bu terrorun simasına çevrildi. 

Dövlətin reaksiyası və "Sadval" izi   

Faciədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev terrorun araşdırılması ilə bağlı Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı. İstintaq nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, ləzgi xalqının azadlığı adı altında gizlənərək separatçı fəaliyyətlə məşğul olan "Sadval" təşkilatının üzvləri həbs olundu.


Məlum oldu ki, terrorun təşkilatçıları Ermənistan xüsusi xidmət orqanları ilə birbaşa əlaqədə olublar. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsindəki təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmiş, Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi bu şəxslərin maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdi.

Qorxunc planın digər hədəfləri 

İstintaq zamanı üzə çıxan daha bir dəhşətli fakt isə terrorçuların planlarının təkcə metro ilə məhdudlaşmaması idi. Təxribatçılar "20 Yanvar" stansiyası ilə yanaşı, Bakının "Nizami" kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı Lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışdılar. Lakin dövlətin çevik müdaxiləsi bu böyük faciələrin qarşısını aldı. 

Terror aktı faktına görə ümumilikdə 11 nəfər məhkum edildi. Onlardan ikisinə ən ağır cəza — ölüm hökmü (güllələnmə), digər 9 nəfərə isə müxtəlif müddətli həbs cəzaları verildi. 

Bu gün həmin hadisədən düz 32 il keçir. “20 Yanvar” stansiyasından hər gün minlərlə insan keçir, qatarlar yenə eyni vaxtda gəlib gedir. Lakin divarlardakı o görünməz qan izləri, şəhid olan 14 nəfərin xatirəsi hələ də yaşayır. Bu terror aktı Azərbaycan xalqının yaddaşında silinməz bir yara, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin isə ən bariz sübutu olaraq qalır.

Biz martın 19-da təkcə itirdiklərimizi anmırıq, dünyaya da səslənirik: 

“Terrorun dini, dili və milləti yoxdur, qurbanları var...”.  

Qiymət Mahir

NEWS FEED
30 JULY 2026
İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 All News