Prezident Belqradda Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət etdi

Prezident Belqradda Heydər Əliyevin və Milorad Paviçin abidələrini ziyarət etdi
15.02.2026 16:02

Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 15-də Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət ediblər.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı abidələrin önünə əklil qoydu.