Mavriki Prezidenti Azərbaycana səfərə gəldi

Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
17.05.2026 17:43

Mavriki Respublikasının Prezidenti Daramber Qoxul BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

TodayPress TV xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.