Gəmi Kapitanımız vuruldu - İşə Azərbaycan dövləti qarışdı

Gəmi Kapitanımız vuruldu - İşə Azərbaycan dövləti qarışdı
16.07.2026 10:45

14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.

Bu barədə TodayPress TV-yə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd olunub ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.

TodayPress TV