Ceyhun Bayramov: “Vaşinqtonda əldə olunan razılaşmalar regionda yeni geosiyasi reallıqlar yaradır”

Ceyhun Bayramov: “Vaşinqtonda əldə olunan razılaşmalar regionda yeni geosiyasi reallıqlar yaradır”
26.12.2025 15:35

“8 avqustda Vaşinqtonda baş tutmuş zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanmış birgə bəyanat və əldə olunan razılaşmalar regionda yeni geosiyasi reallıqların formalaşmasına, davamlı sülh və sabitlik üçün əlverişli şəraitin yaranmasına imkan verir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, sənədlərdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin əsas prinsiplərinin təsbit olunması mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu razılaşmalar bölgədə uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir.

Ceyhun Bayramov qeyd edib ki, Vaşinqton sammiti Azərbaycan üçün daha bir mühüm nəticə ilə yadda qalıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının əsas hissə ilə maneəsiz əlaqəsinin təmin olunması barədə yeni razılaşma əldə edilib. Bu istiqamətdə beynəlxalq səviyyədə dəstək mexanizmlərinin formalaşdırılması regional inteqrasiyanı gücləndirəcək.

Nazir əlavə edib ki, əldə olunan razılaşmalar regional ticarət və nəqliyyat imkanlarının genişlənməsinə, sülh prosesinin institusional əsaslarla irəliləməsinə və Ermənistan–Azərbaycan münasibətlərində mövcud maneələrin aradan qaldırılmasına real zəmin yaradır.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
20 AUGUST 2026
Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO issues urgent alert: Tanker seized off Yemen coast 15:40 Where are the billions allocated to Ukraine? Former Mossad officer given special task 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 Galatasaray make move for Batrakov – €25 million transfer 14:34 Tajikistan turns to Iran amid fuel shortages in Russia 14:21 Iran warns US: “This time, we will use more powerful weapons” 13:53 North Korea fires 10 ballistic missiles into the Sea of Japan 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 All News