Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA

Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA
09.07.2026 16:04 Elm və Təhsil

Tətil günlərində şagirdlərə verilən ev tapşırıqlarının həcmi hər il valideynlər və müəllimlər arasında müzakirə mövzusuna çevrilir. Bir çox valideyn hesab edir ki, bəzi hallarda tapşırıqların həddindən artıq çox olması uşaqların istirahət etmək imkanını məhdudlaşdırır və tətili dərs yükünə çevirir.

Bəs şagirdlər tətil vaxtlarını necə dəyərləndirməlidir? Onları çoxsaylı ev tapşırıqları ilə yükləmək nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, tətilin əsas məqsədi şagirdlərin həm fiziki, həm də psixoloji cəhətdən dincəlməsini təmin etməkdir.


Onun sözlərinə görə, təhsil prosesi şagirdlərin yaş xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla balanslı şəkildə təşkil edilməlidir:

"Şagirdlər tətillərə daha çox istirahət etmək, əylənmək və gündəlik dərs rejimindən bir qədər uzaqlaşmaq məqsədilə baxırlar. Bu baxımdan, onlara həddindən artıq ev tapşırığı verilməsi tətilin mahiyyətinə uyğun deyil və bu vacib fürsətin mənfi şəkildə dəyərləndirilməsi deməkdir. Təhsil prosesinin balanslı və şagirdlərin ehtiyaclarına uyğun qurulması olduqca vacibdir".

Ekspert vurğulayıb ki, tətil müddətində müəyyən həcmdə tapşırıqların verilməsi normal sayılsa da, onların miqdarı və çətinlik dərəcəsi şagirdlərin yaşına uyğun müəyyənləşdirilməlidir:

"Siniflərdən asılı olaraq müəyyən tapşırıqlar verilə bilər. Lakin bu tapşırıqların həcmi və mürəkkəbliyi şagirdlərin yaşına, sinif səviyyəsinə və tədris yükünə uyğun tənzimlənməlidir. Xüsusilə ali məktəbə hazırlaşan 11-ci sinif, eləcə də buraxılış sinfi olan 9-cu sinif şagirdlərinə əlavə tapşırıqların verilməsi müəyyən mənada başadüşüləndir. Ancaq aşağı siniflərdə oxuyan şagirdlərin həddindən artıq dərs yükü ilə qarşılaşması doğru yanaşma deyil".

Rizvan Fikrətoğlu əlavə edib ki, uşaqları daim dərs oxumağa və tapşırıqları yerinə yetirməyə məcbur etmək onların təhsilə marağını azalda bilər.

"Şagirdlərə bayram və tətil günlərində müəyyən sərbəstlik verilməli, onların dincəlməsi və özlərini yenidən dərsə hazır hiss etmələri üçün kifayət qədər vaxt ayrılmalıdır. Bu yanaşma həm onların dərsə marağını artıracaq, həm də ümumi inkişafına müsbət təsir göstərəcək".

Mütəxəssis müəllim və valideynlərə də tövsiyələrini çatdıraraq bildirib ki, hər bir şagirdə fərdi yanaşmaq vacibdir:

"Hər bir sinfin, hər bir yaş dövrünün öz xüsusiyyətləri var. Tapşırıqlar da məhz bu xüsusiyyətlər nəzərə alınaraq verilməlidir. Müəllimlər və valideynlər şagirdlərə münasibətdə diqqətli və düşüncəli olmalı, onların həm təhsilini, həm də psixoloji rahatlığını eyni dərəcədə ön planda saxlamalıdırlar", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
09 JULY 2026
Azərbaycan və İtaliya arasında nə baş verir? 18:32 Qazdan istifadə qaydaları DƏYİŞDİRİLDİ 18:27 Xəstəxanalarla bağlı YENİ QƏRAR 18:21 Bəzi dövlət qurumlarında ştat sayı təsdiqləndi 18:17 Bakıda kişi keçmiş arvadını güllələdi - VİDEO 18:10 Artıq bu binalar üçün yeni pasport tələb olunacaq 18:05 Sabah Respublikanın bəzi ərazilərində qaz olmayacaq 18:03 "Arsenal" qapıçı İllan Melyeni heyətinə qatıb 17:49 Generalların öldürmək istədiyi yunan baş nazir oğlu Miçotakisi götürüb Türkiyəyə qaçdı: "Sahte Kabadayı"nın ibrətamiz taleyi 17:31 ABŞ qüvvələri son iki gündə İranın 170-dən çox obyektini vurub 17:21 Ordusu olmayan ölkənin qadın lideri NATO sammitində necə parladı ? 17:18 Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq 17:10 Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix açıqlandı 16:47 İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma... 16:29 Prezident Gürcüstana elektrik enerjisi təchizatına dair sazişi təsdiqlədi 16:23 NATO-nun qırıcısı Yunanıstana qəza enişi etdi - VİDEO 16:15 Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA 16:04 İran bir - bir açıqlayır: hamısını ABŞ öldürdü 15:57 ABŞ Buşehr Atom Elektrik Stansiyasına zərbə endirdi - VİDEO 15:46 MİQ üzrə test imtahanlarının tarixi açıqlandı 15:35 Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olundu 15:21 Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 15:09 Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar 14:44 İran ABŞ bazalarına raket zərbəsi endirdi - TƏCİLİ 14:48 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 14:42 All News