MİQ üzrə test imtahanlarının tarixi açıqlandı

MİQ üzrə test imtahanlarının tarixi açıqlandı
09.07.2026 15:35 Elm və Təhsil

İyulun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək

TodayPress TV xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məlumat verib.

O qeyd edib ki, 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi 3–10 iyun tarixlərini əhatə edib: "Bu müddət ərzində 46505 müraciət daxil olub, 40574 namizəd ərizəsini təsdiqləyib və 38651 namizədin ərizəsi qəbul edilib.

Qanunvericiliyə uyğun olaraq 9857 namizəd iştirak haqqının ödənilməsindən azad edilib, 28794 namizəd üçün isə 6–9 iyul tarixlərində ödəniş sistemi aktiv olub. Qeyd edim ki, ödəniş prosesi bu gün saat 15:00-da yekunlaşacaq".

N.İsmayılbəyli xatırladıb ki, bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən müəllimlərin işə qəbulu müsabiqəsi ödənişli əsaslarla təşkil edilir: "Bununla yanaşı, ilk dəfə iştirak edən namizədlər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azad olunublar. Bu məlumatlar aidiyyəti dövlət informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılıb.

Namizədlərin ödəniş prosesini rahat həyata keçirmələri üçün video təlimat hazırlanaraq rəsmi sosial media hesablarımızda paylaşılmış, eyni zamanda proses boyunca zəruri texniki və informasiya dəstəyi göstərilmişdir".

"Hazırkı statistikaya əsasən, ödəniş etməli olan namizədlərdən 21050 şəxs artıq iştirak haqqını ödəyərək müsabiqədə iştirakını təsdiqləyib.

Artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. 14 iyuldan etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək", - o əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma... 16:29 Prezident Gürcüstana elektrik enerjisi təchizatına dair sazişi təsdiqlədi 16:23 NATO-nun qırıcısı Yunanıstana qəza enişi etdi - VİDEO 16:15 Tətil uşaqlar üçün cəza deyil, istirahət fürsəti olmalıdır - AÇIQLAMA 16:04 İran bir - bir açıqlayır: hamısını ABŞ öldürdü 15:57 ABŞ Buşehr Atom Elektrik Stansiyasına zərbə endirdi - VİDEO 15:46 MİQ üzrə test imtahanlarının tarixi açıqlandı 15:35 Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olundu 15:21 Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 15:09 Özbəkistan əlifbaya əl gəzdirir - bizim kimi yazacaqlar 14:44 İran ABŞ bazalarına raket zərbəsi endirdi - TƏCİLİ 14:48 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 14:42 Ərdoğandan yunan müxbirə cavab: Səni gözlərindən tanıyırıq! - VİDEO 14:38 Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var 14:34 Tramp masanı devirdi - İrandakı silahla Çini vuracaq 14:24 ABŞ İranın strateji dəmiryolu körpüsünü bombaladı 14:24 Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayılır 14:18 İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxardı 14:01 Yunanıstan Ərdoğana görə yasa batdı: Qəzetlər qara manşetlə çıxdı 14:00 İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır 13:52 Tramp Avropa üçlüyünü ağır cəzaya məhkum etdi 13:50 Minlərlə rus əsgərinin cəbhədə öldüyü gün Putin Moskvada 150 gəncə toy etdi - VİDEO 13:43 Qalibaf Zelenskinin kitelindən geyindi və ABŞ-yə savaş elan etdi: bombalar yağacaq 13:32 Fransızlar ərəblərə qarşı - sonuncu qolu Napoleon vuracaq 13:24 Qazaxıstan Rusiya ilə sərhədə böyük qüvvə yığdı - VİDEO 13:20 Bütün Xəbərlər