Tanınmış universitetlə bağlı mənfi qərar verildi

Tanınmış universitetlə bağlı mənfi qərar verildi
22.07.2026 18:30 Elm və Təhsil

Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki"nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub.

Elm və Təhsil Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, qəbul edilmiş qərarlara əsasən, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universiteti növbəti 5 il, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universiteti isə növbəti 3 il müddətinə institusional akkreditasiya olunmuş hesab edilib.

Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi "uyğun deyil" olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

Proqram akkreditasiyası üzrə "İbtidai sinif müəllimliyi" ixtisasında 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə çatışmazlıqların aradan qaldırılması məqsədilə 2 ildən sonra təkrar akkreditasiya aparılması qərara alınıb. Bakı Qızlar Universitetinin həmin proqramı akkreditasiya olunmuş hesab edilməyib.

"Məktəbəqədər təhsil" ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da "uyğun deyil" nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.

Qeyd edək ki, Akkreditasiya Şurasının qərarlarından sonra akkreditasiya olunmuş ali təhsil müəssisələri və təhsil proqramları üzrə müəyyən edilmiş tövsiyə və göstərişlərin icrasını təmin etmək məqsədilə fəaliyyət planları hazırlanacaq və Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə razılaşdırılacaq.

Akkreditasiya prosesi ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasına, dövlət təhsil standartlarına uyğunluğun təmin edilməsinə və ali təhsil sistemində davamlı inkişafın dəstəklənməsinə xidmət edir.

NEWS FEED
22 JULY 2026
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununda İLK QOL - YENİLƏNDİ 20:11 Məxfi məlumatlarla bağlı saziş imzalandı 20:06 “İnstagram” çökdü 19:53 Krasnodar sakinlərinə TƏCİLİ xəbərdarlıq: “Evdən çıxmayın!” 19:48 Tramp: “Bunu heç kim istəmir” 19:39 MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir təşkil etdi 19:15 İşğaldan azad olunmuş ərazidə yanğın başladı 19:07 İsrail naziri: “Türkiyə ilə müharibə sabah başlaya bilər” 19:01 Paşinyandan Almaniya kanslerinə təcili zəng - Nə danışıldı? 18:52 ABŞ-dən sonra növbəti xəbərdarlıq İrandan gəldi 18:37 Tanınmış universitetlə bağlı mənfi qərar verildi 18:30 Trampdan İrana son xəbərdarlıq: “Əgər bu addım atılsa, Tehran vurulacaq! 18:15 Sahibkarlar üçün yeni imkan - QƏRAR VERİLDİ 18:10 Maaş əlavəsi ilə bağlı mühüm qərar: Kimlərə şamil olunur? 18:05 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan ekstradisiya olundu 17:37 Dələduzluq edən şəxs bu ölkədən ekstradisiya edildi 17:25 İran itkilərini yenilədi- 53 nəfər... 17:32 Rezidenturaya qəbul omlag istəyənlər DİQQƏT! Qeydiyyat başlandı 16:46 “Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı 16:21 Qaynar xəttimizə müraciət etdilər: “Jetex.az” vətəndaşları aldadır? — İDDİA 16:55 Peskov Rusiya və Almaniya nümayəndələrinin Bakıdakı görüşündən danışdı 16:14 Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edildi - FOTO 16:34 “Bütün dünya üçün fəlakət olar!" – ABŞ-dən gözlənilməz ETİRAF 15:33 Trampın yalanı ifşa olundu: “Düşdüyün bataqlıqdan çıxmaq üçün başqa yol axtar!" 15:26 Makron nazirin istefasını qəbul etmədi 15:25 All News