“Rəqəmsal Məktəb” platforması valideyn–məktəb əməkdaşlığını necə gücləndirir? – AÇIQLAMA

“Rəqəmsal Məktəb” platforması valideyn–məktəb əməkdaşlığını necə gücləndirir? – AÇIQLAMA
22.12.2025 15:32 Elm və Təhsil

“Artıq bir müddətdir ki, “Rəqəmsal Məktəb” platforması istifadəyə verilib və hazırda əsasən Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində tətbiq olunur. Platformadan müəllimlər, məktəb rəhbərliyi, valideynlər və şagirdlər istifadə edirlər. Məqsəd rəqəmsal mühitdə təhsil, ünsiyyət və əməkdaşlıq imkanlarını genişləndirməkdir”.

TodayPress TV xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq İnkişafı və Rifahı Şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında bidirib. 

O, vurğulayıb valideynlər pedaqoji prosesin ən vacib iştirakçılarından biridir və onların təlim-tərbiyə prosesinə fəal cəlb olunması şagirdlərin öyrənmə motivasiyasına və təhsil nailiyyətlərinə müsbət təsir göstərir.

Onun sözlərinə görə, platformada qeydiyyatdan keçən valideynlər övladlarının qiymətləri ilə tanış ola, eləcə də məktəb rəhbərliyi ilə operativ əlaqə saxlaya bilirlər.

İlahə Rəsulova diqqətə çatdırıb ki, valideynlərin övladlarının təhsil aldıqları məktəblərlə bağlı fikirləri də xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə platformada “Valideyn Məmnuniyyəti” bölməsi yaradılıb.

"Sözügedən bölmədə valideyn–məktəb əməkdaşlığı, məktəb mühiti və infrastrukturu, həmçinin şagird intizam qaydaları üzrə ümumilikdə 25-ə yaxın sual yer alır. Bu sorğular valideyn rəylərinin öyrənilməsi və təhsil mühitinin daha da təkmilləşdirilməsi baxımından mühüm rol oynayır".

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 All News