Müəllimlərin iş saatı artırılır: Hansı problemlər yaranacaq?

Müəllimlərin iş saatı artırılır: Hansı problemlər yaranacaq?
14.11.2025 16:42 Elm və Təhsil

"Azərbaycan təhsilində tətbiqi nəzərdə tutulan yeni model - müəllimlərin əmək haqqının dərs yükünə deyil, iş saatına əsasən hesablanması bəzi praktiki boşluqlar yaradacaq".

Bunu təhsil eksperti Ramin Nurəliyev TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, yeni model beynəlxalq təcrübəyə uyğundur və Türkiyə də daxil olmaqla bir çox ölkələrdə analoji sistem tətbiq olunur. Əsas dəyişiklik müəllimin maaşının artıq 12, 18 və ya 24 saatlıq dərs yükünə deyil, tam iş saatına görə hesablanmasıdır:

"Bu model müəllimlərin məktəbdə daha çox vaxt keçirməsinə, şagirdlərlə fərdi işlərin, əvəzləmələrin və sosial fəaliyyətlərin səmərəli təşkilinə şərait yaradacaq. Əgər müəllim saat 5-ə qədər məktəbdə olacaqsa, o zaman dərsə girməyən fənn müəllimi başqa fənnin müəllimi ilə əvəz edilməyəcək. Bu, şagirdin xeyrinədir".

Ekspert əlavə edib ki, sinif rəhbərləri də zəif şagirdlərlə məktəbdən sonra məşğələ keçmək imkanı qazanacaq.

O bildirib ki, hazırkı sistemdə məktəb direktoru hər gün 8-dən 6-ya qədər işdə olur, amma müəllim həftənin üç günü dərsini yığıb digər günlər rahat şəkildə istirahət edə bilir:

"Direktor 1000 manat alır, müəllim 800 manat. Amma direktor hər gün işdədir, müəllim isə yalnız dərs saatında gəlir. Bu anormallıq aradan qalxmalıdır. Yeni modeldə əsas problem standart maaşa görə müəllimlərin daha az dərs götürmək istəməsi ola bilər. Əvvəllər müəllim çox dərs götürmək üçün can atırdı. İndi isə standart maaş olduğu üçün çalışacaq ki, daha az dərsə girsin. Bu, real təhlükədir".

Ramin Nurəliyev əlavə dərs saatlarına görə ayrı hesablanmış ekstra ödənişin tətbiqini vacib sayır:

"Məsələn, 20 saat baza maaşına uyğun hesablanırsa, əlavə 5-6 saat dərs üçün ayrıca ödəniş olmalıdır. Müəllimin məktəbdə qalması əmək haqqının artırılmasını şərtləndirir. Müəllimin günün böyük hissəsini məktəbdə keçirməsi əmək haqqının artırılmasını zəruri edir. Əgər müəllim saat 5-ə, 6-ya qədər məktəbdə qalacaqsa, maaşların tənzimlənməsi qaçılmazdır. Nazirliyin bu istiqamətdə mexanizm hazırladığı qənaətindəyəm", - deyə o fikrini sonlandırıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 All News