Məzunlar iş axtarmalı, yoxsa iş qurmalıdırlar?

Məzunlar iş axtarmalı, yoxsa iş qurmalıdırlar?
04.03.2026 17:05 Elm və Təhsil

Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun "məzun iş axtarmalı deyil, iş yeri açmalıdır" fikri müzakirələrə səbəb olub. 

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi TodayPress TV-yə bildirib ki, bu yanaşma günün reallıqlarından irəli gəlir və ali təhsil sisteminin qarşısında duran əsas vəzifələrlə bağlıdır.


Onun sözlərinə görə, ali təhsil müəssisələrində kadr hazırlığı elə qurulmalıdır ki, tələbələr yalnız iş axtaran tərəf kimi deyil, eyni zamanda ideya irəli sürən, layihə hazırlayan və həmin ideyaları gəlirə çevirə bilən mütəxəssis kimi formalaşsınlar:

"Məqsəd odur ki, məzun universiteti bitirdikdən sonra iş axtarmaq məcburiyyətində qalmasın, əksinə ixtisasına uyğun qurumlar onun əmək fəaliyyətinə cəlb olunmasında maraqlı olsunlar. Bu fikir hər bir məzunun mütləq biznes qurmalı olduğu anlamına gəlmir. Xüsusi təyinatlı ali təhsil müəssisələrinin məzunları təhsil aldıqları qurumlarda birbaşa əmək fəaliyyətinə başlaya bilsələr də, mülki ali məktəblərin məzunları əmək bazarının tələblərinə uyğun, güclü ixtisaslı kadr kimi yetişdirilməlidirlər ki, ya dərhal iş tapa, ya da işəgötürənlərin diqqətini cəlb edə bilsinlər".


Ekspert əlavə bildirib ki, hazırda süni zəka və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə şəxslər öz layihə və təqdimatları vasitəsilə iş qurmaq və ya şirkətlərin marağını qazanaraq işə qəbul olunmaq imkanı əldə edə bilərlər:

"Açıqlamanın məntiqi də məhz buna əsaslanır. Maddi vəziyyəti aşağı olan və özünü kifayət qədər inkişaf etdirə bilməyən tələbələr üçün də iş məsələsində bu amillər nəzərə alınmalıdır. Bu o demək deyil ki, ali təhsil müəssisəsini bitirən hər bir şəxs mütləq şəkildə öz biznesini qurmalı və ya dərhal vakant vəzifəyə qəbul olunmalıdır. Belə bir tələb yoxdur".

Təcrübə məsələsinə gəldikdə isə, Elçin Əfəndi xatırladıb ki, ölkə başçısının yaxın vaxtlarda imzaladığı sərəncama əsasən, tələbələrin təcrübə müddəti əmək fəaliyyəti kimi qeydiyyata alınacaq. O, tələbələrin ən azı üçüncü kursun ikinci semestrindən və ya dördüncü kursdan başlayaraq ixtisasları üzrə minimum bir il müddətində təcrübəyə cəlb olunmasını təklif etdiklərini bildirib:


"Bu halda işəgötürən qurumlar məzunlardan əlavə iş təcrübəsi tələb etməyəcək, çünki onlar artıq ixtisas üzrə təcrübə qazanmış hesab olunacaqlar. Ümid edirik ki, qarşıdakı illərdə bu məsələyə də tam aydınlıq gətiriləcək".   

Türkan İsgəndərli

NEWS FEED
01 AUGUST 2026
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 All News